Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Palaz-palaz danışan deputatlar nə vaxta qədər öz ailələrini təmsil edəcəklər?”

“Palaz-palaz danışan deputatlar nə vaxta qədər öz ailələrini təmsil edəcəklər?”

“Bizdə Jirinovskiyə dəli kimi baxırlar, amma o, təsadüfü adam deyil. Jirinovski sovet təhlükəsizlik orqanlarının 90-cı illərdə yetişdirdiyi bir adamdır. Hazırda isə Rusiya təhlükəsizlik xidmətinin generalı kimi bu dövlətin danışan dilidir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
Cümşüd Nuriyev deyib ki, Rusiyanın əsas məqsədlərindən biri Azərbaycanın Avrasiya İttifaqına daxil olmağıdır: “Azərbaycan ora girəndən sonra burda vahid iqtisadi məkan olacaq. Ardınca vahid kömrük zonası… Və avtomatik olaraq vahid pul məsələsi gündəmə gələcək. Baza buna görə hazırlanır. Jirinovski bunu gündəmə gətirir. Azərbaycan bir Qarabağa görə bütün müstəqilliyini hədiyyə edə bilməz”.
Politoloq son hadisələrə diqqət çəkərək qeyd edib ki, Azərbaycan informasiya müharibəsini uduzur: “Nə qədər tərif versək də bizim media Azərbaycan sərhədləri daxilindədir. Bundan başqa… Yekə-yekə danışan deputatlarımız var, palaz-palaz müsahibələr verirlər. Niyə onlar, yekə-yekə danışan tarixçilər gedib Moskavada oturmurlar? Ermənilər hər bir verilişə çıxırlar. Bizdən ya jurnalist çıxarırlar rus telekanallarına, ya da tamam təcrübəsiz bir insan. Burda yekə-yekə danışanlar bəs milləti nə vaxt təmsil edəcəklər? Onlar nə vaxta qədər öz ailələrini təmsil edəcəklər? Getsinlər Azərbaycanı təmsil etsinlər. Bunu da onlara prezident deməlidir? Çox savadlı tarixçilərimiz, alimlərimiz var, onlardan ibarət xüsusi mobil qrup yaradılmalıdır. Gedib Moskvada oturmalıdırlar. Çünki bizim diaspora da çox zəif işləyir. Bu faktdır”.
Qeyd edək ki, Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib ki, Azərbaycan və Ermənistan Rusiyanın tərkibinə qayıtmalıdır, əks təqdirdə onlar daha 1000 il belə savaşacaqlar.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın