Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Pərvinlə Səidə “Maşın-şou”da başlayan qalmaqalla son qoydu

Pərvinlə Səidə “Maşın-şou”da başlayan qalmaqalla son qoydu

Aktrisa Pərvin Abıyeva ilə müğənni Səidə Sultan “Maşın-şou”da başlayan küsülülüyə son qoyub.

Bu haqda Pərvin “MTV Azərbaycan”a açıqlamasında deyib. O bildirib ki, iki il öncə barışıblar:

“İki ildir danışırıq. Dəfələrlə görüşüb, yemək də yemişik. Amma nümayiş etdirməmişik. Gecədə Səidəyə yaxınlaşmağımın səbəbi isə anam oldu. Onun səhnə çıxışından xoşu gəldi, mən də yaxınlaşıb özünə dedim”.

Qeyd edək ki, müğənni Cavad Rəcəbov rejissor Kənan M.M.-i şoudan uzaqlaşdırmaq istədiyi zaman P.Abıyeva Kənan M.M. üçün səs istəmişdi. Onun “Qardaşım üçün səs istəyirəm” deməsi Səidəni özündən çıxartmışdı. Daha sonra ikili arasında mübahisə yaşanmış, onlar bir-birini təhqir etdiyi üçün mikrofonları söndürülmüşdü. Musavat.com

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …