Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Pərvin porşesini satır – 93 minə

Pərvin porşesini satır – 93 minə

“Maşın” realitişi şousunun qalmaqallı iştirakçısı Pərvin Abıyeva avtomobilini satmaq qərarına gəlib. “Qafqazinfo” xəbər verir ki, aktrisa “Porsche Cayenne” markalı maşınını elan saytlarının birində paylaşılıb 

O, avtomobili 90 EP 333 nömrəsi ilə birgə 55 min dollara ( təxminən 93 min AZN) öz yeni sahibini gözləyir.  Elan sayta ötən gün yerləşdirilib.

Bundan əlavə, “Maşın”ın dünənki buraxılışında həmin avtomobillə bağlı qalmaqal da meydana gəlib.  Müğənni Əli Mirəliyev səsverməyə çıxarkən hədəfinin aktrisa Pərvin Abıyeva olduğunu bildirib.  O, emosional çıxışı zamanı aktrisanın “Porsche”sinə də söz atıb. Mirəliyev “Hansı pulla almısan o bahalı maşını? Mən 50 ildir ki, mahnı oxuyuram, maşınım yoxdur” –deyib.  Daha sonra sənətçinin canlı efirdə mikrofonu söndürülüb.

Qeyd edək ki, aktrisanın maşının satışa çıxarma xəbərini ilk dəfə baku.ws saytı yayıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …