Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Pərvin Abıyevadan ona qarşı ittihamlara cavab: “Şokdayam”

Pərvin Abıyevadan ona qarşı ittihamlara cavab: “Şokdayam”

Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə paylaşdığı fotoya görə tənqid olunub.

Əksər izləyicilər onun paltarında erməni bayrağının əks olunduğunu iddia ediblər.

Sənətçi sosial şəbəkədə barəsində səsləndirilən iddiaya bu cür cavab verib:
“Nə qədər qəlbiqara insanlarsınız ki, fotoya baxan kimi pis nə isə görürsünüz. Sizin beyninizə belə iyrənc şey gəlir, şokdayam”.

Sənətçi həmin paltarı geyinəndə və şəkli paylaşanda bu detalı ağlına belə gətirmədiyini qeyd edib:

“Bu məni bəzilərinizdən fərqləndirən cəhətdir. Mən gözəl şeyləri görürəm sizsə pisi. Çünki qəlbiniz, həyatınız belədir! Məni hər şeydə günahlandıra bilərsiniz, amma belə iyrənc bir şeydə yox. Sizin kimilərlə ömür boyu müharibə aparacam. Belə də ki, o üzdəniraq millətin bayrağı yoxdur”. Musavat.com

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …