Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Pərvin Abıyeva: “O polis dəbdəbəli ad günü keçirdiyi üçün işdən çıxarılıb”

Pərvin Abıyeva: “O polis dəbdəbəli ad günü keçirdiyi üçün işdən çıxarılıb”

Tanınmış aktrisa Pərvin Abıyeva sevgili olduğu deyilən Murad Abdullayev haqda danışıb. 
Bunu Pərvin azxeber.com-a açıqlamasında Muradla münasibətindən danışıb.
O deyib ki, Murad onunla sevgili olduğu üçün işdən çıxarılmayıb: “Neçə gündür gözləyirəm ki, ara sakitlləşsin, söhbət bir az soyusun. Amma görürəm mən danışmasam olmur. Əvvəla Murad mənimlə sevgili oldugu üçün işdən cıxarılmayıb. Dəbdəbəli ad günü keçirdiyi üçün işdən çıxarılıb”. 
Pərvin deyib ki, həmin məclisdə xeyli adam iştirak edib: “50 nəfərlik məclis idi və həmin məclisdə hər sahədən insanlar var idi: Polisindən tutmuə modelinƏ kimi. Tanınmış simalar da çox idi. Normal olaraq insanlar doğum günü məclisinə yığışıb və özəl günü öz səhifələrində paylaşırlar. Mən isə heç bir şey paylaşmamışdım. Burada nə məni, nə də səhifəsində paylaşan insanları günahlandırmaq olmaz. Hər kəsin əqli şüuru var. Kiminsə də belə bir şey olacağı aglına gəlməzdi. Qismət belə imiş oldu da. Nə ailə dağıtmışam,nə də körpə uşağı atasız qoymuşam! 
Pərvin bildirib ki, bu məsələdə günahsızdır: “Kaş belə olmazdı ama oldu. Mən özümdə zərrə qədər günah görmürəm. Hər qoyun öz ayağından asılır. Onu da deyim ki, sevgiyə görə nəinki işdən çıxmağa, ölməyə də dəyər (gülür)”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …