Cümə , Yanvar 22 2021
Ana səhifə / Şou Biznes / Pərvinin sevgilisinin qardaşı bu səbəbdən ölübmüş – Foto

Pərvinin sevgilisinin qardaşı bu səbəbdən ölübmüş – Foto

Aktrisa Pərvin Abıyevanın sevgilisi – keçmiş polis leytinantı Murad Abdullayevin qardaşı Cavidan Abdullayevin ölüm səbəbi məlum olub.

01.01.2020-ci ildə istirahətə getdiyi yerdə cəsədi tapılan C.Abdullayevin əvvəldən ürəyi zəif olub.

Mərhumun müəmmalı səbəbdən öldüyü deyilsə də, Kiyev şəhər Məhkəmə Tibbi Ekspertizasının rəyindən məlum olub ki, C. Abdullayev kəskin ürək çatışmazlığından və işemik insultdan dünyasını dəyişib.

Qeyd edək ki, işemik insult – qan təchizatının çatışmazlığı nəticəsində beynin zədələnməsindən əmələ gələn, bir gün ərzində ölümə gətirib çıxaran nevroloji simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur.

Onu da bildirək ki, C. Abdullayevin Kiyevdə olma səbəbi Yeni ili orada keçirməklə bağlı imiş. Belə ki, o, bayram gecəsi qardaşı Murad Abdullayev, aktrisa Pərvin Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova və aparıcı Seyran Əliyeva ilə birgə “CHI club Kiev”də olub. Cavidan bayram gecəsi vəfat edib.

Ekspertiza rəyini “Xəbərçi.az” səhifəsi yayımlayıb.

Həmçinin oxuyun

“Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir“

Müğənni Nadir Qafarzadə aktrisa Pərvin Abıyevanın “Heç bir qız kasıb oğlana ərə getmək istəməz” sözlərinə …