Ana səhifə / Şou Biznes / Pərvinin atasının evi izləyiciləri qəzəbləndirdi – FOTO

Pərvinin atasının evi izləyiciləri qəzəbləndirdi – FOTO

İlk dəfə atası ilə fotosunu paylaşan aktrisa Pərvin Abıyeva qınaq obyektinə çevrilib.

Unikal.org xəbər verir ki, aktrisanın atasının üzünü bağlaması “İnstagram” izləyicilərini qəzəbləndirir.

Mütəmadi olaraq lüks həyat tərzini nümayiş etdirən Pərvinin atasının kasıbyana evi də sosial şəbəkə istifadəçilərini qıcıqlandırıb.

Onlar aktrisanın ünvanına “Adam da atasından utanar, üzünü niyə gizlətmisən?”, “Belə “xod” gedirsən, atanın mebelərini dəyiş”, “Özün lüks yaşayırsan, atanın evinə bax”, “Yazıqdır, kişi taxta divanda oturmasın” kimi sözlər yazıblar. 

Abıyeva şərhlərə belə cavab verib: “Ay balam, atam məşhur olmaq istəmir. Bu onun qərarıdır. Nolub yenə, agzınıza gələni danışırsız? Siz öz atanızdan utanırsız məgər, mən də utanım!? Hmm deməli belə, şərhləri, saytlardakı başlıqları oxuyub gülürəm. Çox qeyri-adi millətik. Mən kənarda qalmışam, hamı atamın dərdini çəkir. Ay insanlar, siz nə bilirsiz ki, bu şəkildəki mənim atamın evidir. Qoy deyim, ürəyiniz rahatlasın, atamın evi deyil. Daha dincəlin”!

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …