Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Şou Biznes / Pərvin Abıyevadan maraqlı sevgi etirafı

Pərvin Abıyevadan maraqlı sevgi etirafı

Gənc azərbaycanlı aktrisa Pərvin Abıyeva rəfiqəsi, model Səmra Hüseynovanı təbrik edib. 

Sputnik Azərbaycan xəbər verir ki, aktrisa səmimi sözlərlə dolu təbrik yazısını öz “Instagram” hesabında paylaşıb:

“Hər bir insanı hansısa bir özəlliyinə və keyfiyyətinə görə dəyərləndirib sevirsən. Ya ad-sanına, ya imkanına, puluna görə, ya da ki, insani keyfiyyətlərinə görə. Saydığım ilk iki amil səndə ən böyük olmasa da, ən böyük insani kefiyyətlərinə görə mən səni sevib-seçmişəm həyatımda. Sənin qəlbinin saflığı, gözəlliyi, təmizliyi mənim üçün bütün keyfiyyətlərdən üstündür. Kinsiz və paxıllığı olmayan insan mənim ürəyimdə və həyatımda xüsusi yer qazanar hər zaman. Sən o insanlardan birisən və məhz bu özəlliklərinə görə mən səni çox istəyirəm. Yaxşı ki, doğuldun, yaxşı ki, varsan, mənim saf, təmizürəkli rəfiqəm. Hər zaman var ol, heç zaman dəyişmə, sən belə çox gözəlsən. Ürəyinin gözəlliyi üzünə məhz buna görə yansıyır”.

Qeyd edək ki, model Səmra Hüseynova “Miss Azərbaycan-2019″un qalibi olub.

Həmçinin oxuyun

Nazənin izləyicisini polisə verir

Müğənni Nazənin Salayeva şəxsi instaqram hesabının istifadəçisindən hüquq-mühafizə orqanlarına müraciət edəcək. “Qafqazinfo” xəbər verir ki, …