Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Şou Biznes / Pərvin Abıyeva: “Məni bir həftə içində iki kişiyə yaraşdırdılar”

Pərvin Abıyeva: “Məni bir həftə içində iki kişiyə yaraşdırdılar”

Aktrisa Pərvin Abıyeva yenidən Türkiyə istehsalı olan filmdə rol alacaq.

O, bu haqda musavat.com-a açıqlamasında deyib.

Aktrisa bildirib ki, “Yanlış anlama” filminin davamı çəkiləcək: “Yanlış anlama” hər iki ölkədə sevildi. Ona görə də davamı yanvar ayında çəkiləcək. Çəkilişlər barədə söhbət gedir.

Bundan əlavə, dekabrda “Dəmir qazan” filminin təqdimatı olacaq. Filmdə polis qızı canlandırıram. Deyirlər ki, üzümdə sərtlik var, sərt qadın rollarını yaxşı oynayaram. Çox adam deyirsə, deməli, belədir. İnanıram ki, tamaşaçılar məni polis obrazında da bəyənəcəklər”.

O, Türkiyədəki məşhurlarla sevgili olması barədə yayılan xəbərlərə aydınlıq gətirib: “Boş söhbətlərdir. Türkləri bilmirsiz? Hamını bir-birinə yaraşdırırlar. Maşallah, məni bir həftə içində iki kişiyə yamadılar. Özüm də donub qalmışam. Rafet El Romanla iş üçün bir aya gəldik. Yeni layihəsi var. Məni oraya dəvət etdi. Şevket Çoruhu isə bir dəfə qala gecəsində görmüşəm. Azərbaycanda da hər kəsin sevdiyi aktyordur. Eyni filmdə rol almışıq. O boyda şişirtməyə ehtiyac yox idi. Bu məsələni yerli media daha çox şişirtdi. Türklər məni qaldıranda bizimkilər yerə çırpdı. Bu qəlbimi qırır. Türkiyədə böyük hörmət görürəm, verilişə dəvət alıram. Gedə bilməyəndə telefonla əlaqə saxlayıb efirə qoşurlar ki, təki mən danışım. Bizimkilər isə sanki mənə düşmən kəsilib. Uzun müddət kameralardan qaçdım, müsahibə və açıqlama vermədim ki, haqqımda az yazılsın. İnsanlar məndən bezməsin. Amma alınmadı. Düşünürəm ki, yavaş-yavaş hər şey düzələcək”.

Pərvin qısa zamanda Türkiyədə məşhurlaşmasının səbəbini belə açıqladı: “Bir anlıq elə bildim ki, Türkiyədə uzun müddət fəaliyyət göstərən ulduzam. Azərbaycanlı sənətçilərin Türkiyə mediası tərəfindən diqqətlə  qarşılanması gözəl bir şeydir. Əslində belə qarşılanmanı gözləyirdim. Mən özümü gözəl hesab etmirəm. Amma mənə demişdilər ki, türklər gözəllik aşiqidir, səni tez qəbul edəcəklər. Onların fikrinə görə, mən gözələm. Onların dediyi kimi də oldu”.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …