Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / “Özümü də biabır etdim, onları da” – Nazpərinin qardaşı qızından yeni AÇIQLAMALAR – VİDEO

“Özümü də biabır etdim, onları da” – Nazpərinin qardaşı qızından yeni AÇIQLAMALAR – VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva və müğənni Zeynəb Dostəliyevanın qardaşı Ağaların qızı Pərvanə Dostəliyeva bir neçə günlük susqunluqdan sonra daha bir videosu ilə gündəmə gəlib. 
İnstaqramda yayımladığı qalmaqallı açıqlamalar verdiyi videoları silən Pərvanə müğənnilik karyerasını yenidən başlamaq üçün özünü bu yolla özünü reklam etdiyini deyənlərə cavab verib:
“Çoxları deyir ki, müğənniliyə başlamaq istədiyim üçün bu yolla özümü reklam etdim. Yox, mən müğənniliyin daşını çoxdan atmışam, o kitab mənim üçün bağlanıb.
Məqsədim onları biabır, xar etmək idi ki, insan içinə çıxa bilməsinlər. Özümü də biabır etdim, onları da. Əcəb etdim. “Biz iki bacıya qarşı çaşmayasız” deyirdi, mən çaşdım, neyləyəcəksən?
Nə varsa, onu dedim. Nə mənim, nə də anamın haqqında artıq-əskik heç nə yaymaq lazım deyil. Kimsə bir kəlmə artıq danışsa, demədiklərimi desəm, yer yerindən oynayar. Yatmış fili oyatma. Sakitləşmişəm, yerimdə oturmuşam. Siz də sakit oturun, sizinlə işim yoxdur.
Videoları da sildim, çünki öz həyatıma davam edirəm. Oyun bitdi! Dediyimi dedim, əcəb etdim! Qisasımı aldım. Müğənni olmaq istəmirəm, qisasımı aldım”.
Xatırladaq ki, Pərvanə Dostəliyeva ötən həftə paylaşdığı videolarda 6 yaşında olarkən atası Ağalar tərəfindən seksual təcavüzə uğradığını, bibisi Nazpərinin ona efirlərdə qadağa qoyduğunu iddia edir.(baku.ws)

Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …