Bazar , Oktyabr 2 2022
Ana səhifə / Şou Biznes / Özcan Denizin Azərbaycanla bağlı bu hərəkəti başına bəla oldu: 10 ildən sonra… – FOTO

Özcan Denizin Azərbaycanla bağlı bu hərəkəti başına bəla oldu: 10 ildən sonra… – FOTO

Türkiyəli müğənni Özcan Deniz 10 illik fasilədən sonra – 16 sentyabrda “Anadolu.Events”in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzinin səhnəsində çıxış edəcək.

Belə ki, Denizin Bakıya gəlişi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Onlar müğənninin bir neçə il öncə məşhur Azərbaycan mahnısını erməni xalq mahnısı kimi təqdim etməsinə və sonradan erməni mahnısı oxumasına görə onun Bakıya gəlməyini istəmədiklərini qeyd ediblər. Bunun nəticəsidir ki, “Anadolu.Events” 92 şərhdən təxminən 7-ni saxlayıb. 

305511880_417037283750258_6009044844345415960_n.jpg (94 KB)

Xatırladaq ki, 2009-cu ildə Türkiyədə bir proqramda Azərbaycanın məşhur bəstəkarı Emin Sabitoğlunun “Dağlar” mahnısını ermənicə oxuyan və bunu erməni xalq mahnısı kimi təqdim edən Özcan Deniz Azərbaycan xalqından üzr istəmişdi. Lakin müğənni sonradan erməni mahnısı ifa etmişdi. Bu da Özcanın azərbaycanlı fanatları arasında birmənalı qarşılanmamışdı. 

20:00-dan 22:00-a qədər davam edəcək tədbirə biletlərin qiyməti 40-450 manat arasında dəyişir. “Anadolu.Events”dən Musavat.com-a bildirildi ki, 3300 biletdən 2200-ü artıq satılıb: 

“Tamaşaçılar əsasən ön sıralara əhəmiyyət verirlər”.

Bunu “iticket.az”ın səhifəsindən də görmək mümkündür. Demək ki, Bakıda Özcan yolunu gözləyənlər kifayət qədərdir. 

Həmçinin oxuyun

“Mənimlə bağlı stikerlərdən özüm də istifadə edirəm, xoşum gəlir” – Elgiz

“Mənimlə bağlı stikerlərdən özüm də istifadə edirəm. Xoşum gəlir”. Bunu teleaparıcı Elgiz Əkbər həmkarı Ülvira …