Şənbə , İyul 24 2021
Ana səhifə / Şou Biznes / Özcan Dəniz ilk dəfə 26 yaşlı iranlı sevgilisi ilə göründü

Özcan Dəniz ilk dəfə 26 yaşlı iranlı sevgilisi ilə göründü

Türkiyəli məşhur aktyor Özcan Dəniz bir müddət əvvəl eşq yaşadığını elan etdiyi iranlı modelyer Samar Dadqarla kameralara tuş gəlib.

“Gazeta Magazin” xəbər verir ki, ilk dəfə özündən 23 yaş kiçik sevgilisi ilə görünən aktyor jurnalistin suallarına cavab vermədən uzaqlaşıb.

Onun 26 yaşlı modelyer sevgilisi də kameralardan gizlənib.

Özcan Dəniz 2018-ci ildə Feyza Aktan ilə ailə qurub. 15 ay evli qalan cütlüyün Kuzey adlı oğlu var.

Onun eks arvadına şiddət göstərməsi ilə bağlı məhkəməsi davam edir. /Oxu.az

Həmçinin oxuyun

Afaq Aslan hamıdan gizlin biznesmenlə nişanlandı – FOTO

Müğənni Afaq Aslan nişanlanıb. Yenicag.az-a açıqlama verən Afaq kanadalı iş adamı olan nişanlısı ilə restoranların …