Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Özəl klinikaların adı gələndə məmurlar allergik reaksiya verirlər”

“Özəl klinikaların adı gələndə məmurlar allergik reaksiya verirlər”

“Azərbaycanda özəl klinikaların qorunması, onların fəaliyyətinə dəstək verilməsi ilə bağlı qanunvericiliyə, xüsusilə, Vergilər Məcəlləsinə dəyişikliklər edilməlidir”.

Modern.az xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin iclasında çıxışı zamanı sözügedən komitənin sədr müavini Musa Quliyev bildirib. Onun dediyinə görə, çox təəssüflər olsun ki, bu gün ölkədə özəl klinikalara mənfi  bir münasibət var:

“Özəl klinikalar deyəndə az qala çoxu bunu soyğunçu kimi başa düşür.

Özəl klinikaların adı gələndə bəzi məmurlar buna allergik reaksiya verir. Onlar düşünürlər ki, özəl klinikalar soyğunçu, cibə girəndirlər. Amma əslində belə deyil. Özəl klinikalara olan baxışı, yanaşmanı dəyişməliyik.

Özəl klinikalarda çox savadlı səhiyyə mütəxəssisləri, tibbi personal var. Onların əməyini yerə vurmaq olmaz. Əksinə, indiki şəraitdə həmin kilinikaları qorumaq lazımdır. Bunun üçün də qanunvericiliyə, xüsusilə, Vergilər Məcəlləsinə dəyişiklik yoluyla həmin özəl kliniklara dəstək olmalıyıq”.

M. Quliyev eyni zamanda, Gəncə şəhərində özəl klinikaların dövlət başçısının sosial məsuliyyət çağırışna dəstək olaraq, həftədə bir dəfə şəhid ailələrini və Qarabağ müharibəsi əlillərini pulsuz müayinə etməklə bağlı aksiyaya başladıqlarını bildirib:

“Bu, çox təqdir olunmalı haldır. Həmin özəl kliniklalarda həftədə bir dəfə şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin pulsuz müayinəsini həyata keçirəcəklər.

Həmçinin, imkan olacağı təqdirdə, ayda bir dəfə pulsuz müalicəni də həyata keçirmək niyyətindədirlər. Yaxşı olardı ki, onların bu müsbət təcrübəsindən digər şəhər və rayonların özəl klinikaları da istifadə etsinlər”.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın