Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Şou Biznes / “Öylə bir keçər zaman ki”nin aktrisası Bakıda -VİDEO

“Öylə bir keçər zaman ki”nin aktrisası Bakıda -VİDEO

“Öylə bir keçər zaman ki” serialında canlandırdığı İnci hoca obrazı ilə populyarlaşan aktrisa Yeliz Kuvancı Bakıda qonaq olub.
Jurnalistlərin suallarına cavab verən aktrisa paytaxtımızı bəyəndiyini deyib:
“Dəniz kənarında gəzdik, Azərbaycan yeməklərinin dadına baxdıq, bizim yeməklərə çox bənzəyir. Burada tanındığımı görüb təəccübləndim. Taksidə sürücü məni tanıdı, rol aldığım serialları izlədiyini dedi. Başqa ölkədə tanınmaq xoşdur, gözəl sözlər eşitdiyimə sevindim”.
Aktrisa azərbaycanlı sənətçiləri sima olaraq tanıdığını bildirsə də, onların adlarını unutduğunu deyib.
“Bir ildir ki, seriallarda rol almıram. Məni həyəcanlandıran layihə axtarıram. Azərbaycan-Türkiyə ortaq filmi olsa, sevərək çəkilərəm. Hətta ürəyimdən keçdi ki, film çəkilişləri üçün gəlib Bakıda 1 ay yaşayım. Yaşamaq üçün ideal şəhərdir”-, deyə Yeliz bildirib.
“Reytinq qazanmaq üçün serial və filmlərdə açıq-saçıq səhnələrə üstünlük verilir. Sizin açıq-saçıq səhnələrlə bağlı qadağalarınız var” sualına isə türkiyəli aktrisa belə cavab verib:
“Özümə çərçivələr qoymuram. Ürəyimə yatan obrazı canlandıra bilərəm. Mənfi və ya müsbət xarakterə həyat verə bilərəm, mənim üçün fərq etmir. Açıq-saçıq səhnələrin reytinq qazandırdığını düşünmürəm. Həmin səhnələrə hansı bucaqdan baxdığın önəmlidir. Mən ekran işinə ssenarisinə görə qiymət verirəm. Mənə açıq-saçıq səhnələrdə oynamaq təklif edilməyib”

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …