Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / “Oxumaq qışqırmaqdırsa, eşşək hamıdan yaxşı oxuyur”

“Oxumaq qışqırmaqdırsa, eşşək hamıdan yaxşı oxuyur”

“Musiqiyə zövq üçün yox, peşəkar olaraq qulaq asıram. Bu gün Azərbaycanda gedən prosesləri nə tənqid, nə də tərif edirəm. Ritmdən çıxan çoxdur. Əlində dəf muğam oxuyur, amma ritmdən xəbəri yoxdur. Özü də Xalq artistidir. Öyrənmək lazımdır”. 

Bu sözləri “Natiq” ritm qurupunun rəhbəri, Xalq artisti Natiq Şirinov “X maqazin”ə danışarkən deyib. O, proqramda incəsənət aləmini sərt bir şəkildə tənqid edib.  N. Şirinov qeyd edib ki, muğam ifaçılarının əksəriyyəti ritmdən xəbərsizdir:

“Gah bir-birini tərifləyirlər, gah da dalaşırlar. Biri var sənət, biri də var meymunluq, söz-söhbət şousu…Kimisi maşınını, kimisi də evini göstərir. Elə ifaçı var ki, muğam oxuyur, görür ki, əl çalan yoxdur. Zilə qalxır, qışqırmağa başlayır. İnsanlar onun qışqırmağını alqışlayır. Oxumaq qışqırmaqdırsa, eşşək hamıdan yaxşı oxuyur. Evinin soyuducusu dolsun deyə mahnı yazan insanlar var. Ayıbdır, Allah onları bu dövlətdən silsin”. 

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …