Ana səhifə / Şou Biznes / “Oxumağınız da başınıza dəysin, heç olmasa qanuna riayət edin…”

“Oxumağınız da başınıza dəysin, heç olmasa qanuna riayət edin…”

Müğənni Əli Mirəliyev karantin qaydalarını pozan müğənniləri “topa tutub”.
Ə.Mirəliyev Moderator.az-a açıqlamasında əslində tanınmış adamların cəmiyyət üçün nümunə olduğunu bildirib:
“Postda yaxşı edib Ruhəngiz Allahverdiyevanı geri qaytarıblar. Əlbəttə, qanun hamı üçündür. Mən telekanalda işləyirəm, amma portalda adım olmasa, rayona gedə bilmərəm, nə olsun ARB-nin işçisiyəm, aparıcıyam. Nə olsun məni xalq sevir, qanun hamı üçündür. Birinci gərək qanunu biz pozmayaq ki, insanlar da bizdən nümunə götürsünlər. Bu düzgün deyil axı, biz qanunu pozanda başqalarına nə desinlər. Tanınmış insansınız, xalq sizi sevir, pis-yaxşı oxuyursunuz, oxumağınız da başınıza dəysin, heç olmasa qanuna riayət edin. Hələ bilmək olmaz bunlar necə oxuyurlar. Nə olsun fəxri ad veriblər, bir kağızdı da yazıb veriblər. Hələ bilmək olmaz onlar oxuyandı, yoxsa yox. Fəxri adı profesionallara verməyiblər axı. Akif İslamzadəyə, mənə verəydilər də o adı. Deməli guya bunlar seçilmişlərdir, bəs onda qanunu niyə pozursunuz”.
Qeyd edək ki, Əməkdar artist Elnarə Abdullayevadan sonra müğənni Ruhəngiz Allahverdiyeva da Qubaya gedərkən postdan geri qaytarılıb. Müğənninin polislərlə mübahisə etdiyi deyilir. 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …