Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Övladlarıma görə əzab çəkirəm“ – Fərda

“Övladlarıma görə əzab çəkirəm“ – Fərda

Tanınmış aktyor Fərda Xudaverdiyev boşandığı birinci ailəsi haqda danışıb.

ARB telekanalında yayımlanan “Onun Sirri” proqramının qonağı olan aktyor övladlarına görə əzab çəkdiyini deyib:

“Ailə sirli qutudur, kiminsə içini bilmədən müzakirə etməyin. İnsanın evi, maşını, pulu olmaya bilər. Amma xoşbəxtlik əsasdır. Pulum olacaq və mən xoşbəxt olacağam deyə bir anlayış yoxdur. Sözünüz bir-birinizin boğazından keçsin. Sevilin və sevin.

İnanıram ki, yaşadığım travmaları övladlarıma başa sala biləcəyəm. Mənə elə gəlir ki, övladlarım üçün ən yaxşısını etmişəm. Hər gün Allahın mənim üçün yazdığı alın yazıma şükür edirəm. Pandemiya başlayandan övladlarımla 1-2 dəfə görüşə bilmişik, ancaq alınanda telefonla görüntülü danışırıq”.

Qeyd edək ki, Fərda Xudaverdiyev 2010-cu ildə Günel xanımla ailə həyatı qurmuşdu. Onun ilk nikahından Mətin və Amin adlı iki oğlu var.

İkinci dəfə ailə quran sənətçinin bu nikahdan da Rinat və Raul adlı iki övladı var.

“Övladlarıma görə əzab çəkirəm“  - Fərda

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …