Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Ötən ay qanunsuz ov etdiyinə görə saxlanılan şəxslərin sayı açıqlanıb

Ötən ay qanunsuz ov etdiyinə görə saxlanılan şəxslərin sayı açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ölkə ərazisində növbəti reydlər keçirib.
Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, reydlər “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması və qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə keçirilib.
Nazirlikdən bildirilib ki, bu ilin yanvar ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanılıb. Onlardan 43 ədəd ov tüfəngi və 202 ədəd patron maddi sübut kimi götürülüb. 41 qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq hər biri 1000 manat olmaqla, ümumilikdə 41 000 manat məbləğində cərimə tətbiq edilib.
Bundan başqa, sənəd təqdim etməyən 7 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti Rayon Polis şöbələrinə müraciət olunub.
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın