Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Ordu rəhbərliyi şəhidlərin dəfnində – Fotolar

Ordu rəhbərliyi şəhidlərin dəfnində – Fotolar

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən şəhidlərlə vida mərasiminə Müdafiə Nazirliyinin rəhbərliyi də qatılıb.

“Qafqazinfo” xəbər verir ki, hazırda davam edən mərasimdə müdafiə naziri Zakir Həsənov, nazirliyin Baş Qərargah rəisi Nəcməddin Sadıqov, generallar, nazir müavinləri, hərbi prokuror Xanlar Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovni Elçin Quliyev və digər rəsmi şəxslər iştirak edir.

Qeyd edək ki, 4 günlük müharibədə şəhid olan Mİ-24 helikopterinin pilotları – mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılov, həmçinin polkovnik-leytenant Murad Telman oğlu Mirzəyevlə vida mərasimi keçirilir. Şəhidlər II Fəxri Xiyabanda dəfn ediləcəklər.

***

Tədbirdə çıxış edən Nazirliyin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini Abdulla Qurbani bildirib ki, bu vaxta qədər  Murad Mirzəyev nazir Zakir Həsənov tərəfindən 7 dəfə döyüş medalı ilə təltif olunub. Urfan Vəlizadə 6, Təbriz Musazadə 4, Bəkir İsmayılov isə 1 dəfə medalla təltif olunub.

Ordu rəhbərliyi şəhidlərin dəfnində -  Fotolar

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın