Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Oqtay Şirəliyevin mərhəmətinə möhtac xəstənin imdad çağırışı…

Oqtay Şirəliyevin mərhəmətinə möhtac xəstənin imdad çağırışı…

Şəfa Niyazova adında bir xanım kömək üçün Moderator.az – a üz tutub. Qarabağ müharibəsi dövründə Bərdənin döyüş bölgəsinə yaxın kəndlərində birində yaşayırmış. Bir gecə kəndin yaxınlığında güclü partlayış baş verib. O partlayışdan yuxudan ayılan qadını iflic vurub. O vaxtdan hərəkəti məhdudlaşıb, yataq xəstəsi olub. Xəstə düşəndən sonra əri də qadını tərk edib. Dul, xəstə, imkansız.. Allah heç kimi belə ağır sınağa çəkməsin.

Türkiyə – Azərbaycan arasında 1994-cü ilin 9 fevralında qəbul edilmiş tibb sahəsində ikili müqavilə var. Bu anlaşmaya görə hər il 20 azərbaycanlı xəstə Azərbaycan Səhiyyə Nazirliyinin xətti ilə Türkiyədə pulsuz müayinə-müalicə olunur.
Həmin anlaşma protokolu ilə bu linkdən tanış olmaq olar—(http://www.saglik.gov.tr/SaglikTurizmi/dosya/1-77113/h/azerbaycan.pdf)

Bu anlaşma əsasən Azərbaycanda müalicəsi olmayan xəstələr üçün nəzərdə tutulub.

Moderator.az bunu nəzərə alaraq səhiyyə naziri hörmətli Oqtay Şirəliyevə müraciət edərək həmin xəstənin Türkiyədə müalicə olunmasına köməklik göstərməsini xahiş edir. Ümid edirik ki, müraciətimiz cavabsız qalmayacaq.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın