Ana səhifə / Şou Biznes / Oqtay Gülalıyev barəsində cinayət işi xətm olundu

Oqtay Gülalıyev barəsində cinayət işi xətm olundu

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev barəsində 4 il əvvəl başlanmış cinayət işinə xitam verilib.

Bu barədə məlumatı Hökumət – Vətəndaş Dialoqu Platformasının koordinatoru, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının Şura üzvü Əlmməmməd Nuriyev verib.

Ə.Nuriyevin sözlərinə görə dünən Sabirabad Rayon Polis Şöbəsinə dəvət olunan Oqtay Gülalıyevə bu barədə məlumat verilib.

Xatırladaq ki, O.Gülalıyev 2012-ci il aprelin 8-də Sabirabadın Minbaşı kəndində saxlanılmış və inzibati qaydada 12 sutkalıq həbs cəzası almışdı. Ayın 19-da isə ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılmışdı.

Sabirabad Rayon Məhkəməsi O. Gülalıyev barəsində 2 ay həbs-qətimkan tədbiri seçmiş və o Bakıya – İstintaq Təcridxanasına göndərilmişdi. Amma 2012-ci ilin iyun ayının 13-də Sabirabad Rayon Məhkəməsi həbs-qətimkan tədbirinin ləğv olunması və Oqtay Gülalıyevin məhkəmə zalından azadlığa buraxılması barədə qərar vermişdi.

Oqtay Gülalıyev eyni zamanda 2016-cı ildə İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının Şura üzvü seçilib. Virtualaz.org

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın