Ana səhifə / Şou Biznes / “Onun erməni olduğunu bilmirdim” – Xalq artistinin qızı

“Onun erməni olduğunu bilmirdim” – Xalq artistinin qızı

Son günlər adı mətbuatda erməni stilistlə birgə hallanan, tez-tez qalmaqallarla gündəmə gələn xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Novruzova AzVision.az-a müsahibəsində haqqında səslənən ittihamlara cavab verib.

O, bu sənətə gəlməsindən tutmuş, erməni əsilli stilist Georgi Kotla əlaqələsinədək bir sıra məqamlara toxunub.

-Əvvəldən bu sənətə böyük həvəsim olub. Demək olar ki, sənətdə hər şeyi özüm öyrənmişəm. Hazırda peşəmlə bağlı təhsilimi artırıram, xarici ölkələrdəki seminarlara qoşuluram və öyrəndiyim yenilikləri Azərbaycanda tətbiq edirəm.

-Bu işlə əlaqədəar ali təhsil almısınızmı?

-Xeyr, ali təhsilim yoxdur. Orta məktəbdən 8-ci sinifdən çıxmışam.

-Stilistliyə maraq sizdə haradan yaranıb? Sözün açığı, hər adam stilist ola bilməz. Bunun üçün gərək insanda zövq olsun.

– Uşaqlıqdan zövqüm yaxşı olub. O vaxtdan yaraşdırmağı əla bacarmışam. 16-17 yaşımdan sonra stilist kimi öz üzərimdə çox işlədim. Heç kimin etmədiyi şeyləri mən üzərimdə cəsarət edib edirdim.

Mən işə yeni başlayanda stilist sənətinə güclü maraq yox idi və insanlar yaxşı baxmırdılar. Hətta mən bu işə başlayanda ailəmizə gülürdülər ki, bu nə işdi? Qız uşağıdır, yaxşı iş tapa bilmirdiniz? Mən kimin nə deməsinə önəm vermirdim. Çalışırdım işimi hamıdan yaxşı bacarım.

Zəhmətimin bəhrəsidir ki, hazırda bu həddə gəlib çıxmışam. Əlimdə olan sonuncu qəpiyimi də işə qoymuşam. Mənim üçün sənət hər şeydən önəmlidir.

-Adətən sənət adamlarının övladları valideyinlərinin sənətini davam etdirirlər. Siz niyə aktrisa olmaq istəmədiniz?

– Aktyorluğu deyə bilmərəm, amma yaxşı səsim olub. Hətta bir ara yeniyetməlik vaxtında müğənni olmaq istəyirdim. Ancaq atam icazə vermədi. Buna görə təəssüf etmirəm. Mənim işim də incəsənədin bir növüdür.
Müxtəlif üzlərdə işləmək, üzü tanımaq incə işdir. Yaxşı vizajist üzü çox gözəl tanımalıdır. Baxanda bilməlidir ki, kimə nə yaraşır.

-Stilist olmaq üçün yəqin ki, kurslar keçmisiniz. Tanınmış stilistlərdən kimlərdən dərs almısınız?

-Makiyaj üzrə Soçidə, Latviyada, Dubayda seminarlarda iştirak etmişəm. Saç düzümlərini dərindən öyrənmək üçün Georgi Kotdan dərs almışam.

– Bu yaxınlarda mətbuatda adınız erməni əsilli olduğu üçün Georgi Kotla bağlı hallanırdı. Bu məqamda bilmək istərdik, Georgi Kotun erməni əsilli olduğunu bilirdinizmi?

– Mən onun yanına gedənə kimi, bilmirdim ki, anası ermənidir. Çünki soyadının sonunda “yan” yoxdur, həm də onun avtobioqrafiyasını oxumamışdım. Georgi Kotun yanına gedənə kimi Azərbaycanda onu tanıyan, yada salan insan yox idi.

Sözün düzü, Georgi Kotu görənə qədər heç bir stilistin saç düzümləri məni bu qədər özünə cəlb etməmişdi. O, məni bu işdə ilk təccübləndirən stilistdir. Anası emrəni olsa da, insan kimi gözəl insandır.

Bu müsahibəni oxuyanların çoxu məni qınayacaq ki, anası ermənidir, sən onun haqqında niyə müsbət danışırsan? Seminarlarda olduğum müddətdə onun erməni olduğunu qətiyyən hiss etmədim.

Georgi Kot məndən Azərbaycan mahnılarını oxumağı xahiş edirdi. Mən mahnılarımızı oxuyandan o əl çalırdı, hətta dəfələrlə Azərbaycan sözünü işlədirdi. Ondan ölkəmizə qarşı heç bir hörmətsizlk görmədim.

Seminardan şəkil paylaşandan sonra mətbuatda haqqımda tənqidi fikirlər yazırdılar. Halbuki o vaxtadək Kotun anasının erməni olduğunu bilmirdim. Onun günahı nədir ki, anası ermənidir? Georgi ilə görüşlərdə o heç vaxt erməni sözünü işlətmirdi. Ondan Azərbaycanın əleyhinə xoşagəlməz bir hərəkət görsəydim, anında cavabını verərdim. Sonradan öyrəndim ki, Kotun anası Abxaziyadan qovulub.

-Atanızın bu məsələyə münasibəti necə oldu?

-Mən onu saç düzmünün “şahı” hesab edirəm. Hətta onu Azərbaycana gətirmək istəyirdim ki, burada master klass keçsin. İnkişaf etməyimiz üçün bu yaxşı fürsət idi. Məlum səbəbdən planım alınmadı.

Atama gəldikdə isə deyə bilərəm ki, Ramiz müəllim çox gözəl insandır. İmkanı olmasa da boğazından kəsib məni bu sənətə yiyələndirib. O, həm atam, həm də dostumdur. Anama deyə bilmədiyimi ona deyirəm. Atam bu hadisəyə təmkinlə reaksiya verdi. O bilir ki, mənim Kotun erməni əsilli olduğundan xəbərim olmayıb. Etiraf edim ki, onu Bakıya gətirmək üçün pul vermişdim, həmin pul da batdı. Əgər etdiyim səhvdirsə, mən yarı yoldan qayıtdım.

Atam dedi ki, Şəfəq mən bu işdə sənə dəstək olmayacağam. Atamdan xahiş etmişdim ki, Georginin şousunu “Azdrama”da həyata keçirmək üçün şərait yaratsın.

Bu yaxınlarda dünya şöhrətli vizajist Sami Kozanı Bakıya gətirmişdim. Georgi Kotdan yazanlar, niyə bu barədə heç nə yazmadılar? 25 min manat ziyana düşdüm.

-Tələbələriniz varmı?

-Əlbəttə, davamçılarım var. Hazırda məktəb açmışam. Çalışıram ki, bu məktəb yüksək səviyyədə olsun. Tələbərimiz loru dildə başa salmağa çalışırsam ki, yaxşı qavrasınlar.

Bu günə qədər Azərbaycanda yeni saç düzümlərini mən yaratmışam. Bəzən elə olurdu ki, gəlinlər razılaşmırdı, mən onlara yalvarıb yeniliklərimi tətbiq edirdim. Hazırda təhsilimi davam etdirməyi düşünürəm. Planımda Amerikada akademiyada təhsil almaq var.

-Ev, ailə və sənət – bunların hamısını idarə etmək sizə çətin deyilmi?

-İki qızım var. Birinin iki yaşı var. Böyük qızım Ayanın isə 18 yaşı var. Qızım ailəlidir. O da vizajistdir. Mənim davamçımdır. Həmişə ilk işini babasına göstərir .

Hazırda Azərbayacanda yaxşı əl işi olan, yaxşı pul qazanan stilistlərin çoxu tələbələrimdir. Həyat yoldaşım sağ olsun, bu işdə mənə dəstək olur.

-Müğənnilərlə, tanınmış insanlarla işləyirsinizmi?

– Xeyr. Hazırda tanınmış insanlarla işləmirəm. İşim sırf gəlinlərlədir.Müğənnilərdən müraciət edən olub, amma qaçmağa çalışmışam.

-Kimləri özünüzə rəqib görürsünüz?

– Bu sahədə Azərbaycanda ən yaxşılarından biri, bəlkə də birincisi mənəm. Məni qınasalar da, özümə heç kimi rəqib görmürəm. İşlərini bəyəndiyim vizajistlər Əzizə, İlahə , Günel və bir də qızım Ayandır.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın