Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / “Onu evimə buraxsam, kişi deyiləm” – Əlikram Bayramov

“Onu evimə buraxsam, kişi deyiləm” – Əlikram Bayramov

“Camaat gedib cibindən pul verib saxta sənəd alır, qarşıdan da qış gəlir, yoluxsanız, öləcəksiniz axı, niyə belə edirsiniz?! Bəhanələrinə bax, deyirlər, bizə çip qoşmaq istəyirlər!”

Bunu müğənni Əlikram Bayramov bildirib.

Sənətçi poliklinikalarda peyvənd olunmaq əvəzinə, pulla saxta vaksin pasportu alanları sərt şəkildə qınayıb.

O, vətəndaşların bu addımını sosial şəbəkələrdə yayılan əsassız məlumatlarla əlaqələndirib:

“Vurulan vaksinlərlə, koronavirusla bağlı saxta profillərdən yalan məlumatlar yayılır, bəd xəbərlər verilir. Buna bir əlac qılınmalıdır, belə şey olmaz, kimin ağlına nə gəlir danışır. Sosial şəbəkələrdəki səhifələrin çoxunda yazırlar ki, guya adamlara çip yeridirlər. Məsələn, biri yazır, guya 2 il sonra vaksin vurduran adamların hamısı öləcək, o biri yazır ki, bunu insanların sayını azaltmaq üçün edirlər və s. Öz-özümə fikirləşirəm ki, görəsən, belə dezinformasiya yayanlar üçün nəsə tədbir görüləcəkmi? Bu adamlar birbaşa məsuliyyətə cəlb olunmalı deyillərmi? Niyə imkan verilir ki, camaatı təşvişə, vəsvəsəyə salsınlar? Axı dövlət hara baxır…

Bu gün əksər insanların vaksinasiyadan imtina etməsinin, saxta COVİD pasportu almasının səbəbi məhz bu cür yalan xəbərləri yayanlardır. Bu sahədə bütün məlumatları rəsmi telekanallar, informasiya agentlikləri verməlidir, sosial şəbəkədə dezinformasiyalar bloklanmalıdır”.

Müğənni vaksinasiya olunanlar arasında ilk şəxslərdən olduğunu qeyd edib:

“Ailədə ilk vaksin vurduran mən olmuşam, 7 saylı poliklinikada vaksinasiya olundum. İnformasiya yayıblar ki, guya vaksinasiyadan sonra 2 min metr hündürlüyə qalxanda, təyyarədə olanda adam qan qusub ölür. Mən vaksin olunandan dəfələrlə təyyarəyə minmişəm, Rusiyaya, Kazana gedib-gəlmişəm, heç nə olmayıb. 

İnsanların çoxu savadsızdır, nə desən inanırlar. Deyirlər, çip qoşurlar. Ay başına dönüm, ay qurban olum, Əlikrama çip qoşub neynəcəklər?! Bu dövlətin nəyinə lazımdır, Əlikram müğənnidir, hara gedir, hardan gəlir dövlətin nəyinə lazımdır? Mən sadə adamam. Belə absurd şeylər eşidəndə gülməyim gəlir. Bizim milləti bədbəxt edən bax bu cür yayılan lazımsız, yalan xəbərlərdir”.

Əlikram Bayramovun sözlərinə görə,saxta COVID-19 pasportu alanlar ciddi təhlükə mənbəyidir və bu işə qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir:

“Gündə neçə saxta sənəd verən həkim tututlur, Allah onların bəlasını versin! Fikirləşmirlər ki, mən bu gün saxta sənəd satıram, amma sabah o adam koronavirusa yoluxsa, öləcək, balaları yetim qalacaq. Sonra da yetimləri deyəcək ki, dövlət bizə yardım versin. Dövlət büdcədən milyonlar ayırıb, vaksin gətirib. Siz bədbəxtlər isə sağlığımızla oyun oynayırsız. Öz əlinizlə özünüzə qəbir qazırsız. Üstəlik saxta pasport almaqla yaxınlarınızı, başqalarını, o cümlədən məni gora aparırsınız. Noldu, mən vurdurdum vaksini heç ölmədim, siz vurduran kimi öləcəksiniz?! 

Bu yaxınlarda oğlumla gəlinim koronavirusa yoluxdu. Allaha and içirəm ki, onları evimə ayaq basmağa belə qoymadım. Testlərinin cavabı pozitiv çıxan kimi uşaqlarını yanımızda, bağ evimdə saxlayıb, özlərini evlərinə yolladım. Hamı dedi, nə amansız atasan! Dedim: “Evdə 2 nəfər yaşlı adamıq, niyə özümüzü təhlükəyə ataq? Bax, belə olmaq lazımdır, amansız olmalısan, özünü qorumalısan ki, başqalarını da yoluxdurmayasan. Oğlumgilin yeməklərini belə qapılarının ağzına qoyurdum ki, ordan götürsünlər. 

Mənim ailəmdən bir nəfər belə saxta sənəd alsa, onu evimə buraxsam, kişi deyiləm. Bunu edən hər kəsi qınayıram”.

Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …