Ana səhifə / Şou Biznes / “Onlar kişi sırasına qatılmalı adamlar deyil” – Əlikram Bayramov

“Onlar kişi sırasına qatılmalı adamlar deyil” – Əlikram Bayramov

“Cinayət etmək insanların psixoloji durumundan irəli gəlir. Onlar cəmiyyətə uyğun olmayan adamlardır. Kimisə öldürən kişilər kişi sırasına qatılmalı adamlar deyil”.

Bu sözləri “Yeni Sabah” a müğənni Əlikram Bayramov həyat yoldaşlarına, onların qohumlarına qarşı cinayət törətməsi faktlarına münasibət bildirərkən deyib.

“Belə hadisələr hər yerdə var idi.  Sadəcə, indi pik həddini alıb. Ələlxüsus ailə cinayətlərinə səbəblər ailədaxili münaqişələr və bu münaqişələrə görə səbəb olan müdaxilələrdir. Ailədə münaqişə olanda hər iki tərəfdən ailə başçılarının işinə müdaxilə olunur. Yəni, hər iki tərəf baş verən münaqişələrə qoşulur. Ər də sakitləşdirilmək əvəzinə aqressivləşdirilir. Kişi də nəinki qadını, qadının qohumlarının da hamısına belə demək mümkünsə, “soyqırım edir”. Ailələrin müdaxiləsi ailələrin bədbəxtliyinə aparır.

Bütün ailələrdə söz-söhbət olur. İnsanları idarə edən ağıldır. Ağılsız insan hər şey törədir. Kimliyindən, tutduğu mövqedən, vəzifədən asılı olmayaraq, özünü idarə edə bilməyənlər var. Elə özlərini öldürən yüksək vəzifəli adamlar var.

Ailə məsələlərinə hər iki tərəfdən qarışılır. Mən gördüyüm qədərilə  kişi tərəfin ailəsi daha çox müdaxilə edir. Heç kəs istəməz ki, qızı bədbəxt olsun. Kişilər qadınları qorumalıdır. Qadın zərif, incədir.  

Münaqişələrin bir səbəbi də sosial şəbəkələrdir. Bundan əvvəl sosial şəbəkələri ağsaqqallar, ağbirçəklər əvəz edirdi. İndi əhəmiyyətsiz bir hadisə baş verən kimi  evdən gedirlər. Bir-birlərini də asanca təhqir edirlər. Arada olan hörmət götürülür.

Dövlət statusunda olan şəxslər də intihar edir, kimisə öldürürlər. Mənim asayişimi qoruyan hüquq-mühafizə orqanlarının əməkdaşları belə, cinayətlərə əl atırlar. Sən polissən. Mənim asayişimi qoruyursan. Bu necə ola bilər?!”.

Müğənni bunun  bir səbəbini də o insanların sonradan var-dövlət görməsiylə əlaqələndirib:

“Allah var-dövləti ağıllı adamlara verir. Ağılsız adamlar da sonradan görəndə özlərini unudurlar. Sosial şəbəkələr də cinayətlərin əsas mənbəyidir. Burada tirajlanan yalan xəbərlər cinayət hadisələrinin baş verməsinə səbəb olur. Əsas səbəbə qayıtsaq, psixoloji durumların yerində olmamasıyla əlaqələndirirəm”.

Ə. Bayramov hesab edir ki, koronovirusa görə qapanmalar da insanlara mənfi təsir edib. Mediada yenidən qapanmaların olacağı haqda xəbərlər psixoloji təzyiq, gərginlik formalaşdırır: 

“Bunu oxuyan əlbəttə ki, intihar edəcək.  “Görəsən, bağlansa, necə olacaq, yenə də  evdə qalacağıq” düşünür. Dostlarımdan biri mənə  “Əlikram, yenə qapanma olsa, necə olacaq?” sual verdi. Onun xəbərdən təşvişə düşdüyünü gördüm. Mən  onu bir az da üzərinə gedib  mənfi yöndə psixoloji təzyiq etsəydim, intihar edəcəkdi”. 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …