Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Onlar 8 Martda “çörək və gül” istəyirdi, bəs, bizim məşhur xanımlar..?

Onlar 8 Martda “çörək və gül” istəyirdi, bəs, bizim məşhur xanımlar..?

Sabah Beynəlxalq Qadınlar Günüdür. Hər il 8 mart tarixində qeyd olunan, Beynəlxalq İşçi Qadınlar Günü olaraq da tanınan sözügedən gün qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayramdır. Qadınların kişilərlə bərabərhüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil edib.

Bir neçə il sonra isə 8 mart 1908-ci ildə Nyu-York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirib. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.

1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən 2-ci Beynəlxalq Sosializm Konfransında Almaniya Sosial Demokrat Partiyası liderlərindən olan Klara Setkin tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə hörmət olaraq 8 martın “Dünya Qadınlar Günü” olaraq qeyd olunmasını təklif edir və onun təklif qəbul olunur. Azərbaycanda isə 8 mart ilk dəfə 1917-ci ildə qeyd edilib.

Son illər 8 Mart bayramı Azərbaycanda müzakirələrə səbəb olur. Bəzi qadınlar sözügedən tarixi bayram olaraq qəbul etmədiyini dilə gətirir. Lakin Beynəlxalq Qadınlar Gününü səbirsizliklə gözləyənlər də az deyil. Bəs , şou-biznesimizin tanınmış simaları sabah hansı hədiyyəni gözləyir?

Musavat.com tanınmış xanımlar arasında sorğu keçirib. Əməkdar artist Röya Ayxan bildirib ki, sevdiyi şəxs olmadığı üçün kimdənsə hədiyyə gözləmir: “Həyatımda özəl insan yoxdur. Ona görə hədiyyə haqda düşünmürəm. Yəni, kimdənsə xüsusi olaraq hədiyyə gözləmirəm”.

Aparıcı Aysel Nazim dostlarından hədiyyə gözləyir: ” Bütün qadınları 8 Mart münasibəti ilə təbrik edirəm. Hər qadın kimi mən də yaxınlarım, dostlarım və məni sevənlərdən sevgi, hörmət və hədiyyə gözləyirəm. Mənim üçün hədiyyənin böyük kiçikliyi önəmli deyil. Əsas odur ki, mənə diqqət ayrılsın. Məni sevənlər bilirlər ki, nələrdən xoşum gəlir. Sevərək alınan hər hədiyyə mənə əzizdir”.

Rəqqasə Fatimə Fətəliyeva: “Hər il hədiyyə alıram. Amma heç vaxt mənə məni təəccübləndirici hədiyyə verilməyib. Bu il də təəccübləndirici hədiyyə alacağımı düşünmürəm. Əsas olan sevgi və diqqətdir”.

Aktrisa Çimnaz Sultanovanın cavabı maraqlı olub. O, heç kimdən heç nə gözləmədiyini dilə gətirib.

Müğənni Afət Fərmanqızı ilk təbriki oğlundan gözləyir: “Mən xoşbəxt anayam. İlk olaraq oğlumdan təbrik gözləyirəm. Bilirəm ki, sevənlərim də məni təbrik edəcək. Bəlkə də böyük səslənəcək, amma artıq nə qədər çox sevənim olduğunu hiss edirəm. Onlardan aldığım təbriklər məni xoşbəxt edəcək. Bir qadın kimi sevdiyim şəxsdən də təbrik gözləyirəm. Yəqin ki, onun da maraqlı təbriki olacaq”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın