Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / “Ondan sonra ailəmiz paramparça oldu” – Xuraman Şuşalı

“Ondan sonra ailəmiz paramparça oldu” – Xuraman Şuşalı

Müğənni Xuraman Şuşalı Şuşa ilə bağlı xatirələrini bölüşüb.

Sənətçi 8 yaşından yurdundan köçdüyünü deyib və ailəsinin ondan sonra dağıldığını bildirib:

“Ailəmizin ən xoşbəxt günləri Şuşada olub. Şuşadan sonuncu gün çıxdıq. Ən gözəl xatirələrim orada olub. Sonra ailəmiz paramparça oldu. Atam Şuşadan çıxanda yaralandı, 3 il yataq xəstəsi oldu. Anam başından qəlpə yarası aldığı üçün səhhəti pis idi. Bacım xalamgildə qaldı. Mən başqa xalamın evində idim. Ailə tablosu dağıldı.

Şuşa azad olunanda evin ortasında dayanmışdım, anamı və atamı səsləmək istəyirəm. Amma onlar yoxdur… Ağlayırdım, uşaqlarımı qucaqlayırdım”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …