Şənbə , May 25 2019
Ana səhifə / Şou Biznes / “Ömür” klinikasının yerləşdiyi bina da dövlətin rəyini almayıb… – Açıq təhlükə

“Ömür” klinikasının yerləşdiyi bina da dövlətin rəyini almayıb… – Açıq təhlükə

Qəzetimizin ötən saylarından birində dərc olunmuş tənqidi materialda biz bu gün ölkənin səhiyyə sistemində müşahidə olunan bəzi problemlərə toxunmuş, o cümlədən redaksiyamıza təqdim edilən məlumatlara əsaslanaraq, həmin prolemlərdən bir neçəsini məhz “Ömür” klinikasının fəaliyyəti əsasında araşdırmağa cəhd etmişdik. İlk növbədə materialda qeyd olunmuşdu ki, bu gün ölkənin bir çox özəl tibb müəssisələrində xəstələrə təklif olunan xidmətlərin qiyməti özünü doğrultmayacaq qədər yüksək olur. Bunun müqabilində isə göstərilən tibbi xidmətlər isə bəzən hətta sağlamlıq üçün ziyan doğura biləcək qədər aşağı səviyyədə olur. O cümlədən redaksiyamıza daxil olan məlumatlarda “Ömür” klinikasının fəaliyyətində də məhz belə bir neqativ tendensiyanın müşahidə olunduğu bildirilir. Mənbələrin iddialarına görə bu müəssisədə tibbi xidmətlərə görə müəyyən edilmiş qiymətlər, hətta bir çox digər özəl klinikalarla müqayisədə belə olduqca yüksəkdir. Açıqlamalarda iddia olunur ki, baş həkim Gülnarə Sultanqızının rəhbərlik etdiyi “Ömür” klinikasında 800-900 manatdan aşağı məbləğə ümumiyyətlə heç bir xəstəliyin müalicəsini almaq mümkün deyil. Maraqlıdır ki, bu gün klinikanın bir çox müasir avadanlıqlarla təchiz olunduğuna baxmayaraq, burada həyata keçirilən müayinələrin dürüstlüyü, müalicə prosedurlarının isə effektivliyi böyük şübhələr doğurur. Mənbələr klinikada belə vəziyyətin yaranmasına əsas səbəb kimi məhz maddi gəlir faktorunun burada hər zaman üstünlük təşkil etməsilə bağlayırlar. Məlum olduğu kimi, tibbi xidmətlərə görə daha yüksək qiymətlər məhz xaricdən dəvət olunan və ya xarici ölkələrdə iş təcrübəsi olan yerli həkimlərin qəbuluna görə müəyyən olunur. “Ömür” klinikasında da əsasən respublikamızdan kənarda fəaliyyət göstərən ən müxtəlif səhiyyə ocaqlarında işləmiş və ya ixtisas kursları keçmiş tibb işçiləri çalışırlar. Bu həkimlərin xaricdə hansı səviyyədə peşəkarlığa yiyələndikləri isə yalnız onların özlərinə məlumdur. Artıq xəbər verildiyi kimi, hələ ötən ilin sonlarında “Ömür” klinikasında ölkənin Səhiyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar nəticəsində bir çox ciddi nöqsanlar aşkarlanmış və bu səbəbdən də mətbuata klinikanın bağlanacağı barədə açıqlamalar təqdim olunmuşdu. Yayımlanan məlumatlara görə, bu xüsusda klinikada xəstələrdən alınan pula görə müvafiq qəbzlərin verilməməsi və vergidən yayınma hallarının aşkar edildiyi, eləcə də klinikada laborator müayinələr zamanı qoyulan diaqnozların əksər hallarda səhv olması barədə çoxsaylı şikayətlərin olduğu əsas göstərilmişdi. Bununla belə “Ömür” klinikası öz fəaliyyətini fasiləsiz olaraq davam etdirməkdədir. Mənbə isə bu fəaliyyətin Səhiyyə Nazirliyinin müvafiq lisenziyası olmadan həyata keçirildiyinə dair iddia ortaya qoymuşdu. Yeni əldə etdiyimiz məlumatlarda isə, “Ömür” klinikasının hələ də lisenziya ala bilməməsinin səbəblərinə dair müəyyən açıqlamalar verilir. Bildirilir ki, klinikanın yerləşdiyi binanın konstruksiyasında olan müəyyən qüsurlar, buranın tibb müəssisəsi kimi fəaliyyəti və xəstələrin qəbulu zamanı baş verə biləcək müəyyən fəsadlara zəmin yaradır. Başqa sözlə desək, binanın layihəsində bəzi vacib təhlükəsizlik tələbləri nəzərə alınmamışdır. Klinikanın rəhbərliyi isə, bu çatışmazlıqların aradan qaldırlması üçün əlavə xərclər çəkmək istəmir. Nəticədə, buraya hər gün üz tutan çox sayda insanlar əslində real təhlükə ilə üzləşmiş olurlar. Məhz bu səbəbdən də Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası “Ömür” klinikasının yerləşdiyi binanın istismarına dair rəy verməmişdir. Bu isə öz növbəsində klinikaya ölkənin Səhiyyə Nazirliyi tərəfindən fəaliyyət barədə lisenziya verilməsinə əngəl yaratmışdır.

Həmçinin oxuyun

Emin Ağalarov yeni yay mahnısını təqdim edib – VİDEO

Azərbaycanın Xalq artisti Emin Ağalarov repertuarına xas olmayan “Mehriban” adlı yeni mahnısını təqdim edib.“Report” xəbər …

Bir cavab yazın