Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Ombudsmanın banklara qarşı itithamları əsassızdır”

“Ombudsmanın banklara qarşı itithamları əsassızdır”

Mülkiyyət hüququnun pozulması ilə bağlı Ombudsmana 1 996 müraciət daxil olub”.

APA-nın xəbərinə görə, bu haqda Ombudsmanın illik hesabatında bildirilir. Qeyd olunur ki, 2015-ci ilin fevral və dekabr aylarında milli valyutanın dönərliliyinin zəifləməsi nəticəsində banklardan ABŞ dolları ilə kredit götürmüş və ödəmə imkanı olmayan vətəndaşlar tərəfindən ünvanlanmış şikayətlər xüsusi narahatlıq doğurub: “Bəzi şikayətlərdə vətəndaşların banklardan aldıqları kreditlərin müvafiq müqavilədə ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, onlara nağd şəkildə Azərbaycan manatı ilə verilməsi, ABŞ dolları ilə aldıqları kredit üzrə ödənişlərin kredit müqaviləsinin bağlanıldığı tarixə olan məzənnə ilə aparılmasında köməklik göstərilməsi ilə bağlı olub.

Ümumiyyətlə, qeyd edilməlidir ki, bir sıra bankların yüksək mənfəət əldə etmək siyasətini rəhbər tutaraq, nəinki kiçik, hətta böyük məbləğlərdə kreditləri vətəndaşlara sadə qaydada verməsi, bəzi hallarda zamin və ya girov tələb etməməsi, nəinki kredit almaq həvəsinə düşən və onun nəticələrinin məsuliyyətini dərk etməyən insanları, onların ailələrinin də çıxılmaz vəziyyətlə üzləşməsinə şərait yaradıb.

xalid-300x225Nəticədə bir sıra ailələr yeganə yaşayış yerindən və əmlakından məhrum olub, bəzən dağılıb və ya ən müxtəlif maddi-mənəvi sarsıntılarla üzləşib”. Belə çıxır ki, Ombudsman Aparatı haqlıdır – banklar insanların dalana dirəyərək, bəzən ailələrin dağılmasına, bəzən də insanaların mülkiyyətini itirməyinə səbəb olur. Vəkil Xalid Bağırov bildirib ki, “banklar elə vətəndaşlara kredit vermək üçün yaradılıb”.

Hüquqşünas qeyd edib ki, banklardan kredit götürən vətəndaşlar onları qaytarmaq öhdəliyi götürürlər. “Vətəndaşların dalana sıxışdırması, isə bir çox ailələrin yaşayış yerlərindən, mülkiyyətlərindən məhrum olması, ailə dağılmalarına gəldikdə isə, bunda banklar yox, rüşvətxor məmurlar günahkardır. Onlar vətəndaşların müflisləşməsinə səbəb olur və kreditlərini ödəməsinə imkan vermirlər Amma ombudsman aparatı bankları günahlandırmağı üstün tutur”, – deyə X.Bağırov qeyd edib.skachanny-e-fajly-1-138

“Bankları günahlandırarkən, ombudsman aparatı konkret hansı qanunların pozulduğunu göstərməli idi”, – deyə İstehsalçılar və Tacirlər Birliyinin sədri Sevgim Rəhmanov bildirib. Rəhmanovun sözlərinə görə, bankla konrket qanunları pozmurlar, amma ombudsman aparatının banklara qarşı ittihamlar irəli sürməyə haqqı yox idi. “Düşünürəm ki, ombudsmanın iddiaları əsassızdır”, – deyə S.Rəhmanov vurğulayıb. Biz Ombudsman Aparatının da bu fikirlərə münasibətini öyrənmək üçün,  Ombudsman Aparatının informasiya və ictimai əlaqələr sektorunun rəhbəri Vüqar Heydərovla əlaqə saxladıq. Lakin V.Heydərov şərh verməkdən imtina etdi. “O fikirlər Ombudsman Aparatının illik hesabatının bir hissəsidir. Mən şərh verə bilmərəm, çünki hesabat hələ parlamentdə müzakirə olunmayıb”, – deyə V.Heydərov bildirib.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın