Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Şou Biznes / Ölümünün 40 günü tamam olan şəhidimizin əkiz övladları dünyaya gələcək

Ölümünün 40 günü tamam olan şəhidimizin əkiz övladları dünyaya gələcək

Bu il fevralın 25-də Füzuli-Xocavənd istiqamətiində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin şəhadətindən 40 gün keçdi.

Düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimiz mayor Aqşin İsmayıl oğlu Abdullayev, baş leytenantlar Şahlar Yaşar oğlu Nəzərov, Tural Əbdül oğlu Həşimli, baş çavuş Zülfü Rəhim oğlu Qədimov, əsgərlər Zakir Nazim oğlu Cəfərov, Elvin Süleyman oğlu Əhmədovdur.

Şəhid olmuş hərbi qulluqçudan biri, baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub. Şahlar Nəzərovun əmiləri də hərbçi olub.

Hərbçimiz şəhid olmazdan 5 ay öncə ailə həyatı qurmuşdu.

Modern.az saytı şəhidin 40 günündə atası Yaşar Nəzərovla əlaqə saxlayıb. Yaşar Nəzərov saytımıza açıqlamasında deyib ki, oğlunun 40 mərasiminə rayon ictimaiyyəti ilə yanaşı, rəsmilər də qatılıb.

“Yardımlı rayon İcra Hakimiyyətinin nümayəndələri, oğlumun döyüş yoldaşları da bu gün 40 mərasimində iştirak edirdi. Allah hamıdan razı olsun. Vətən sağ olsun!”.

Şəhid Şahlar Nəzərovun həyat yoldaşı ana olmağa hazırlaşır. Şəhid atası Yaşar Nəzərov deyib ki, gəlini dünyaya iki övlad dünyaya gətirəcək – əkzilər doğulacaq:

“Allah qoysa, oğlumun əkiz övladları dünyaya gəlməlidir. Təki sağlıq olsun. Birinə Şahların, o birinə də öz adımı vermək istəyərəm. Vətən sağ olsun!”

Həmçinin oxuyun

Rəqassə Fatimənin qızı ərə getdi – FOTO\VİDEO

Hazırda paytaxtın dəbdəbəli restoranlarının birində məşhur rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın toyu keçirilir. Diqqət çəkən …

Bir cavab yazın