Bazar ertəsi , İyun 5 2023
Ana səhifə / Şou Biznes / Ölümdən sonra həyatın olduğunu elm də sübut etdi

Ölümdən sonra həyatın olduğunu elm də sübut etdi

Britaniyalı alimlər ölümdən sonra həyatın mövcudluğunu sübut ediblər. Bu barədə Rusiya mətbuatı xəbər verir.

Bu iddianı isbat edən tədqiqat iki ildən çox davam edib. Eksperimentdə 2 min nəfər iştirak edib. Onların hamısı daha öncə kliniki ölüm keçiriblər. Alimlər ürək dayanandan sonra beynin hələ 30 saniyə işlədiyini müəyyən ediblər. Bu saniyələr ərzində insanın beynində xatirələr canlanır. Bəzi eksperiment iştirakçıları bildiriblər ki, kliniki ölümdən sonra ətraflarında nə baş verdiyini müşahidə ediblər. 57 yaşlı pasiyent həkimlərin onun həyatı uğrunda necə mübarizə apardıqlarını gördüyünü bildirib. Digər iştirakçılar da oxşar şeylər danışıblar. Bütün bunlar onu göstərir ki, insan öləndən sonra özünü kənardan müşahidə edə bilir. Britaniyalı alimlər əmindirlər ki, ölüm şüurun sonuncu mərhələsi deyil. (Sputnik)

Həmçinin oxuyun

Aysun: “Hər şeyi gizlətmək olmur…”

Müğənni Aysun İsmayılova Eşqin Cəlilovdan ayrıldıqdan sonra ilk dəfə efirə çıxıb. O, “Zaurla Günaydın” verilişində qonaq …

Bir cavab yazın