Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Ölkəyə 3 ayda 1400-dən çox maşın gətirilib

Ölkəyə 3 ayda 1400-dən çox maşın gətirilib

Bu ilin yanvar-mart aylarında Azərbaycana ümumilikdə 1431 ədəd avtomobil idxal olunub.

Ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 69 ədəd və ya 5,1 faiz artıb.

Ölkəyə gətirilən avtomobillərin 25-i sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1185 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 195 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 26 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir. (AzərTAc)

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın