Müqəddəs Ramazan ayının gəlişini müsəlman ölkələri xüsusi olaraq qeyd edir. Ayın ən əsas rituallarından biri oruc tutmaqdır. Maraqlıdır, ölkəmizdə hansı siyasətçilər bu ayda oruc tutur?
Moderator.az siyasətçilər arasında sorğu keçirib.
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı açıqlamasında bildirdi ki, o, oruc tutmur, bu ayda oruc tutan və dua edən şəxslərin istəklərinin qəbul olmasını arzulayır.
Müasir Müsavat sədri Hafiz Hacıyev də oruc tutmadığını bildirdi.
Real hərəkatının idarə heyyətinin üzvü Erkin Qədirli də də oruc tutmayanlar sırasındadır.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev isə bildirdi ki, o, hazırda oruc tutur. Uzun illərdi ki, Ramazan ayında bu ibadəti yerinə yetirməklə məşğuldur.
Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev də oruc tutduğunu bildirdi. Əli Əliyev 15 ilə yaxındır ki, Ramazan ayının əsas ritualını yerinə yetiriyini bildirdi.