Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Ölkəmiz üçün etdiklərinə görə Maqomayevə minnətdar olmalıyıq”

“Ölkəmiz üçün etdiklərinə görə Maqomayevə minnətdar olmalıyıq”

Görkəmli müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75 illik yubileyi münasibəti ilə onun Fəxri xiyabandakı məzarı ziyarət edilib.

Ziyarətdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, mərhumun həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya, xalq artisti Eldar Quliyev, Rəssamlar İttifaqının prezidenti Fərhad Xəlilov, görkəmli heykəltəraş Ömər Eldarov, digər mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Müslüm Maqomayevin Azərbaycan vokal sənətinin inkişafına töhfəsini yüksək qiymətləndirib.

Vəliyev qeyd edib ki, bu gün XX əsr musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Müslüm Maqomayevin 75 yaşı tamam olur: “O, heç vaxt düşünməzdi ki, onun sonuncu əbədiyyat nöqtəsi məhz babasının məzarı ilə yanaşı olacaq”.

Nazir müavini eyni zamanda mərhumun həyat və yaradıcılığı barədə danışıb.

O xatırladıb ki, bu il prezident İlham Əliyevin fərmanı ilə Maqomayevin 75 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Maqomayevin Azərbaycanla Rusiyanı birləşdirdiyini, iki xalqın övladı olduğunu bəyan edib: “Mən artıq neçənci dəfədir, onun ad günündə çıxış edirəm və hər dəfə heyrətlənirəm: illər gedir, lakin Müslüm Maqomayevin xatirəsi unudulmur. Bird aha təsdiq olunur ki, dahilər ölmürlər”.

Görkəmli heykəltəraş, akademik Ömər Eldarovun sözlərinə görə Maqomayev çox istedadlı, eyni zamanda mülayim və utancaq şəxs olub.

“Biz azərbaycanlılar Maqomayevə bu kiçik ölkəmiz üçün etdiklərinə görə minnətdar olmalıyıq. Onun hər bir çıxışı Azərbaycana şöhrət gətirirdi” – Eldarov bildirib.

Çıxışlardan sonra mərhum korifeyin məzarı önünə əklillər və gül dəstələri düzülüb.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın