Ana səhifə / Şou Biznes / “Ölkədən çıxışıma qadağa qoyulub” – Hacı İbrahim

“Ölkədən çıxışıma qadağa qoyulub” – Hacı İbrahim

“Bandotdel”in saxladığı digər biznesmenlər kimi mənim də, xaricə çıxışıma qadağa qoyulub. Ancaq həmin qadağanın nə zaman aradan qaldırılacağı barədə bizə məlumat verilmir. Yalnız Azərbaycandan xaricə getmək istədiyimiz zaman bizə bildirilir ki, siz Azərbaycan sərhədlərini tərk edə bilməzsiniz”.

Azinforum.az xəbər verir ki, bunu anspress-ə açıqlamasında adı qalmaqallarda hallanan biznesmen Hacı İbrahim Nehrəmli deyib. Onun sözlərinə görə, məhz buna görə də, Çin Xalq Respublikasından “Xəzər Adaları” layihəsinə cəlb etdiyi iş adamları ilə görüşə bilmiyib: “Mən layihəyə pul yatıracaq biznesmenlərlə görüşmək və orada ortaq şirkət qurmaq üçün Çinə getmək istəyərkən məlum oldu ki, xaricə çıxa bilmərəm. Ona görə də Londonda təhsil alıb qayıdan 21 yaşlı oğlum Hüseynə vəkalətnamə verdim ki, məni orada təmsil eləsin. Ancaq işlər yekunlaşdığı zaman qadağa aradan qalxsa özüm son müqaviləni imzalamaq üçün gedəcəm”.

Nehrəmli həmçinin işçilərinin maaşını verə bilməməsinə də aydınlıq gətirib və deyib ki, bu həqiqi məlumatdır: “Mənim şirkətlərimdə hazırda 5 min işçi çalışır. Son iki ayda həmin işçilərin maaşlarında problem yaranıb. Buna da səbəb maddi sıxıntılara düşməyimdir. İşçilər isə səbr edə bilmədi. Onlardan elələri varki 300 manata görə bütün bu narahatçılıqlara səbəb olur. Lakin yaxın zamanlarda, daha doğrusu gələn həftənin sonuna qədər bütün işçilərin məvacibləri ödənəcək”.

İş adam “Avesta Konserni”nin məhkəməyə verilməsi məsələsini cavablandırarkən isə bildirib ki, belə bir məsələ var, lakin səbəbləri ilə heç maraqlanmayıb.

Hacı İbrahim gələn ilin yanvar ayından başlayaraq “Xəzər Adaları” layihəsinin yenidən fəaliyyətə başlayacağını və bununçün 25 min nəfər işçini ilin əvvəlindən işə götürəcəyini də əlavə edib.

Bir müddət əvvəl də Hacı İbrahim Nehrəmlinin Mənzil Tikinti Kooperativlərindən birini Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən məhkəməyə verilmişdi.

Buna səbəb isə Şirkətlə FHN-nin müvafiq qurumu arasında 32 min manatlıq bir mübahisə yaranması olmuşdu.

İş adamı həmin məhkəmə prosesini şərh edərkən Çin Xalq Respublikasının şirkətləri onun layihəsinə 15 milyard dollar investitsiya yatıracağını, artıq danışıqların son mərhələdə olduğunu və oktyabr ayında Pekinə gedib orada birgə müəsisə yaradacaqlarını bildirmişdi: “Danışıqlara əsasən həmin şirkət ilk mərhələdə 300 milyon, daha sonra isə 2.7 milyard dollar pul yatıracaq. Bundan başqa 3 milyard dollarlıq bu müqavilə daha iki Çin şirkətinin və bir Sinqapur şirkətinin “Xəzər Adaları”na marağına səbəb olub. Buna görə də Pekindəki daha bir şirkətlə 12 milyard dollarlıq yatırım üçün ilkin memorandum imzalamışıq”,-deyə Hacı İbrahim Nehrəmli bildirmişdi.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın