Ana səhifə / Şou Biznes / Oliqarxın ərköyün balası: “Galendewagen”ini əlindən aldılar, özünü də basdılar küçə süpürməyə

Oliqarxın ərköyün balası: “Galendewagen”ini əlindən aldılar, özünü də basdılar küçə süpürməyə

Moskvanın Qaqarin rayon məhkəməsi “Lukoil” şirkətinin vitse-prezidenti Ruslan Şamsuvarovun törətdiyi avtoxuliqanlıq əməlinə görə onun barəsində qərar çıxarıb.

Virtualaz.org xəbər verir ki, qərara əsasən Şamsuvarovun avtoxuliqanlıq əməlini törətdiyi “Galendewagen”avtomobili dövlətin xeyrinə müsadirə olunub. Ruslanın özünü isə məcburi əmək cəzasına məhkum ediblər.

Məhkəmənin qərarına əsasən Ruslan Şamsuvarov ictimai qaydanı pozmaqda və polis əməkdaşını təhqir etməkdə təqsirli bilinib. Onunla birlikdə avtomobildə olan Abduvahab Məcidov və Viktor Uskov da icbari işlərlə cəzalandırılıblar.

Bu ilin mayında Şamsuvarov və dostları Moskva küçələrində “qonka”ya çıxıblar, onları polis maşınları təqim edib, bu zaman gənclər baş verənləri Periscope ilə canlı yayımlayıblar. Nəhayət avtoxuliqan saxlanılıb və bu zaman polislə onlar arasında mübahisə yaranıb. Şamsuvarov saxlanılıb, cərimələnib və buraxılıb. İndi isə onların barəsində məhkəmə hökmü çıxarılıb.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın