Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Öldüyü deyilən əsgərin atası danışdı — VİDEO

Öldüyü deyilən əsgərin atası danışdı — VİDEO

Sosial şəbəkələrdə Azərbaycan əsgərinin şəhid olması barədə həqiqətə uyğun olmayan xəbər bu günün ən çox müzakirə olunan mövzusuna çevrildi.

Belə ki, ühacirətdə yaşayan və mütəmadi olaraq Azərbaycan barədə neqativ xəbər yayan birinin sosial şəbəkələrdə ordu, vətəndaş, cəmiyyətlə bağlı statusu birmənalı qarşılanmadı. Gün ərzində xəbərin yalan olduğunu etiraf edən bloggerin bu əməlinin arxasında əslində daha təhlükəli məqamlar var. Görəsən, bu şəxs əsgərin ölüm xəbərini paylaşarkən özünü onun valideynlərinin yerinə qoydumu?

Əkbəri Mahmud Əli: “Sağ-salamatam. İnternetdə yayılan şəklim bir neçə il əvvəl qohumum tərəfindən çəkilib və paylaşılıb”.

Əsgərin atası: “Bu məlumatı kim yayıbsa ona nifrət edirəm. O Azərbaycan vətəndaşı deyil. Ermənipərəst insanlardır. Müdafiə Nazirliyinin işçilərinə təşəkkür edirəm ki, tez zamanda bu məsələni araşdırdırlar”.

Videobloggerlərdən birinin yazdığına görə, Azərbaycan Silahlı Qüvvələrinin bu` hərbi qulluqçusu Əkbəri Mahmud Əli oğlu ölüb və Müdafiə Nazirliyi susub. Blogger bununla nəinki Nazirliyi düzgün xəbər yaymamaqda ittiham edib, hətta bir ailənin psixoloji sarsıntı keçirməsinə səbəb olub. Ən nəhayət isə düşmən dəyirmanına su töküb. Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun şəhid olması barədə xəbəri real faktlarla yalanlayan Müdafiə Nazirliyi bu cür və buna bənzər xəbərlərin tirajlanmasının ailələr üçün böyük narahatlıq doğurduğunu, ictimaiyyətdə çaşqınlıq yaratdığını və ordumuzun nüfuzuna xələl gətirmək məqsədi güddüyünü bəyan edib. Hələ ötən il, Azərbaycan Silahlı Qüvvələrinin şanlı səhifəsinə yazılmış aprel döyüşləri zamanı da mətbuatda cəbhədəki vəziyyət barədə bəzi üzdəniraq videoblogger və göbələk kimi artan dırnaqarası xəbər saytlarında buna oxşar məlumatlar yer aldı. O zaman həm cəmiyyət, həm də dövlət bunu qınadı. Və tez bir zamanda qarşısı alındı.

Media üzrə tanınmış ekspert Vüsal Məmmədovun sözlərinə görə, bu qəbildən olan xəbərlər milli təhlükəsizlik məsələsidir. Bu isə hər hansı fərdi və ya korporativ maraqlardan daha vacibdir. Burda heç kəs sifariş yerinə yetirməməlidir: “Həmin şəxslər xarici kəşfiyyatlardan aldıqları informasiyaların əsasında məlumatlar yayırlar və bu cür blogger olublar. Özlərinə verilən sifarişi sadəcə olaraq icra edirlər. Hərbi və milli təhlükəsizlik məsələlərinə çatırsa, düşünürəm artıq bu ciddi məsələdir. Məncə, hər kəs buna etirazın bildirməlidir. Jurnalistin hansı informasiyanı yayıb-yaymaması məsələsi də var. İşin etik və hüquqi tərəfləri var. Bloggerlər özlərini sanki etik və hüquqi tərəflərdən azad hiss edirlər. Bu adamlar da zəhmət çəkib yaydıqları informasiyanın məsuliyyətini dərk etməlidirlər. Başa düşməlidirlər ki, bu yaydıqları informasiyalar dövlətin təhlükəsizliyinə zərbə vurur.

Baş verən son hadisə isə yenidən ordu-cəmiyyət münasibətlərini, daha doğrusu ordu ilə bağlı xəbərlərin yayılmasında nələrə diqqət verməyin vacibliyini gündəmə gətirir. Gün ərzində ünvanına gələn iradları nəzərə alan üzdəniraq həmyerlimiz statusunu silərək üzr istəyib. Deyib ki, bundan sonra daha ehtiyatlı olacaq.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın