Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Şou Biznes / “Ola bilər ki, Penitensiar Xidmətdə həqiqətən də rüşvət alırlar” – Sahib Məmmədov

“Ola bilər ki, Penitensiar Xidmətdə həqiqətən də rüşvət alırlar” – Sahib Məmmədov

“… Həbsxanalar daxilində xərc bitmir. Burada məhbusa yemək ötürməkdən tutmuş, kamera ilə gəzinti otağının qapısının açıq saxlanılmasına qədər hər şeyin öz qiyməti var. Məsələn, məhbusa yemək ötürmək istəyənin yaxını üçün bu, 10-15 manata, ailə üzvünün məhbusla görüşü 200 manata başa gəlir. Məhbus təsərrüfat briqadasında qalıb cəza çəkmək və işləmək istəyirsə, əvvəlcədən 500-1000 manat və hər ay 150-200 manat ödəməlidir. Təsərrüfat briqadasında və Tibbi hissədə qalmağa yalnız imkanlı şəxslər nail ola bilir və bunun üçün onlar əvvəlcədən 3000-5000 manat, sonradan isə hər ay 500 manat aylıq ödəmə həyata keçirilər. Həbsxanalarda 2-4 nəfərlik “burjuy xata”ların aylıq qiyməti 1500-2000 manatdır. Kamerada yemək qızdırmaq üçün plitənin olması üçün isə hər məhbus 50 manat ödəyir. Məktubda həbsxanalarla bağlı daha detalları ilə qeyd olunmuş məlumatlar var. Belə ki, məktub sahibinin iddialarına görə, kamera ilə gəzinti otağının qapısının gecələr açıq qalmasının qiyməti hər kamera üçün 200 manat müəyyən edilib”, – bu məlumat tia.az saytında yer alıb. Hüquq Müdafiəsi Liqasının rəhbəri, hüquq müdafiəçisi Sahib Məmmədov Kavkaznews.az saytının əməkdaşı ilə söhbətində belə halları istisna etməyib.

“Mən artıq 10 ildir Penitensiar Xidmət yanında İctimai Komitədə yer alıram. İstisna etmirəm ki, tia.az-dakı məlumat həqiqətən də reallığa uyğundur. Lakin İctimai Komitəyə bu məsələ ilə bağlı müraciət daxil olmayıb”, – deyə Sahib Məmmədov bildirib.

S.Məmmədov qeyd edib ki, Azərbaycanda 20 cəzaçəkmə müəssisəsi var. “Güman ki, bu müəssisələrdən hansında isə məhkumlardan rüşvət alınır”, – deyə hüquq müdafiəçisi vurğulayıb. Sahib Məmmədovun fikrincə, Penitensiar Xidmətdə korrupsiya halları barədə məlumatlar yalnız bir şərtdə hərtərəfli araşdırıla bilər ki, informasiyanın mənbəyi məlum olsun.

“Ola bilər ki, kimsə Penitensiar Xidmətin hazırkı rəhbərliyinə böhtan atmaq istəyir”, – deyə hüquq müdafiəçisi bildirib. S.Məmmədov bildirib ki, Penitensiar Xidmətin yanındakı İctimai Komitədə korrupsiya halları ilə bağlı xüsusi məntəqə var. “Biz hər zaman məhkumlarla görüşlər zamanı korrupsiya faktları haqda sorğu-sual edirik. Əgər kimsə bizə müraciət edirsə, biz bunu mütləq hesabatımızda qeyd edirik”, – deyə S.Məmmədov bildirib. Ömürlük Cəzaya Məhkum olunan Şəxslərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Müslimat Rzaxanova bildirib: “Məhkumlar sadəcə hüquq pozuntusu halları barədə məlumat verməkdən qorxurlar”.

Jurnalistin “Niyə” sualına M.Rzaxanova belə cavab verib: “Ona görə ki, həbsxanalarda tamamilə “bespredel” hökm sürür. Məhkumların şikayəti araşdırılmır. Əksinə, şikayət etməyə cürət edən məhkumlar cəzalandırılır”. Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı (təəssüf ki, özünü təqdim etmək istəmədi – red.) yuxarıda qeyd olunan məlumatı təkzib etdi.

“Penitensiar Xidmətdə rüşvət görürürlər? Belə şey ola bilməz… Bu, tamamilə yalandır”, – deyə PX nümayəndəsi kavkaznews.az saytına bildirib.

 

Həmçinin oxuyun

“Sarı gəlin” balet kompozisiyası onlayn təqdim olunub

Dünyanı silkələyən pandemiya dövrü hər kəs üçün çətin olsa da, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının …

Bir cavab yazın