Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Öləndən sonra onun haqqında şirə dönmək qorxaqlıqdır!” – Mehriban Xanlarova

“Öləndən sonra onun haqqında şirə dönmək qorxaqlıqdır!” – Mehriban Xanlarova

Əməkdar artist Mehriban Xanlarova mərhum Azər Paşa Nemətov barədə status yazan aktyorlara üsyan edib.

Bu barədə aktrisa instaqramda paylaşım edərək onları qorxaq adlandırıb:

“Sosial şəbəkələrdə oxuyuram ki bu gün dünyasını dəyişən və hələ dəfn olunmamış Azər Paşa Nemətovun haqqında artıq-əskik danışırlar. Ölən insanın arxasınca artıq-əskik danışmaq insanlığa sığmır! Cəsarəti çatan sözünü çıxıb deyərdi! Kimsə öləndən sonra onun haqqında “şirə dönmək” qorxaqlıqdır! Bu ölümdən hamı üçün var! Kimə rəhmət düşür, ya düşmür – Allahın biləcəyi işdir!”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …