Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Oksana: “Toya gedəndə sənətçinin sanbalı itir”

Oksana: “Toya gedəndə sənətçinin sanbalı itir”

“Toylara artıq getmirəm. Səhnədə rəqs edirsən, tamaşaçı oturub izləyir. Diqqət yayınmır, sonda səni alqışlayır. Toyda isə fərqlidir. Sən oynayırsan heç kim baxmır: biri yeyir, o biri içki içir, qaçır, danışır. Bu da məni özümü pis hiss etməyimə səbəb olur. Başladım özümlə mübarizə aparmağa: ya bunu edəcəm, ya yox. Qərar verdim ki, artıq toylara getməyim. Toya gedəndə sənətçinin sanballı itir”.


Bu sözləri rəqqasə Oksana Rəsulova “MTV Azərbaycan”da “Ulduzun vaxtı” proqramında deyib. Sənətçi pandemiyadan əvvəl də toylara getməyi özünə qadağa qoyduğunu açıqlayıb:


“Qərar verdim ki, artıq aktrisa kimi çalışacam. Lazımi qədər də gəlir əldə edirəm”.


Oğlu Osmandan danışan Oksana “Çox gözlənilən bir övlad idi. Hamiləlik dövründə belə özümə qadağa qoymurdum, nə istəyirdim yeyirdim. 56 kiloqramdan qalxdım 86-ya. İradəm var, məqsədçiyəm, karantində belə kökəlmədim. Yeməyi sevirəm, pəhriz də belə yeməkdən imtina etmirəm” sözlərini söyləyib.


O.Rəsulova ailə qurmasından danışıb:


“Gözdən uzaq yaxşıdır. Göz önündə olmuşam, sonu yaxşı bitməyib. Bir çox ailələr göz önündə olanda pis olur. Evlənib-boşananları qınamıram, çox şey olur ki, biz bilmirik. Tamaşaçı bizi başa düşməlidir, gizli məqamları aşkar etmək olmur. Ailə həyatını gizli saxlayanda daha uzunömürlü olur.


Son günlər sosial şəbəkədə o qədər neqativ hadisələr oxuyuruq ki… Hər şeyi qabarıq yayırlar. Hətta arada istəyirdim sosial şəbəkə profillərimi balayım”. (Axşam.az)

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …