Cümə axşamı , Sentyabr 29 2022
Ana səhifə / Şou Biznes / “Oğlumun toyuna çağırdım, heç biri gəlmədi” – Nadir Qafarzadə

“Oğlumun toyuna çağırdım, heç biri gəlmədi” – Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə oğlu Loğmanın toyunda dəvət etdiyi, amma məclisə gəlməyən müğənnilərin adını açıqlayıb. 

Sənətçi bu haqda “7 Özəl” proqramında danışıb. Qafarzadə bildirib ki, üç Xalq artisti onun məclisinə gəlməyib:

“Sayanın qulu, saymayanın kralıyam. Necəsiniz, mən də elə olacam. Deyəcəklər, səni saymayıb gəlməyiblər. Amma mən heç bir toydan qalmamışam. Oğlumun toyunda Zülfiyyə Xanbabayevanı gözlədim. Uşaqlar istəyirdi gəlsin. Amma gəlmədi. Oğlum və gəlinim Eyyub Yaqubovu, Röya Ayxanı istədi, gəldilər də. Brilliant Dadaşova və Tünzalə Ağayevanı dəvət etmişdim, gəlmədilər. Gəlib orada “xoşbəxt olsunlar” demək çətin idi?”. 

Həmçinin oxuyun

İbrahim Tatlısəs evlənir – FOTO

Türkiyəli müğənni İbrahim Tatlısəs tvitterdəki paylaşımı ilə müzakirələrə səbəb olub.  Axşam.az xəbər verir ki, sənətçi …