Ana səhifə / Şou Biznes / “Oğlumun heç kimə ehtiyacı yoxdur, yeri gəlsə, anasını da saxlayar”

“Oğlumun heç kimə ehtiyacı yoxdur, yeri gəlsə, anasını da saxlayar”

“Bacı, qardaşımı övladlarımdan ayrımamışam. Atamın mənə qoyduğu əmanətdir. Onları qorumalıyam. Böyük və ağır məsuliyyətdir. Kənarda qardaş, bacı haqda bir şey olanda, məni axtarırlar. Onların məsuliyyəti, nəvazişi, sevgi ürəyimdə olub. Hər zaman atamın və anamın qəbrini ziyarətə gedəndə, deyirəm, inanıram ki, sizin yanınızda alnım açıq, üzüm ağdır. Çünki onların əmanətini qorumuşam”.

Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Zaurla Günaydın” proqramında deyib. Müğənni oğullarından danışıb:

“Əkbər konsertlərimdə oxuyurdu. Oğlum müğənni olmaq istəmədi. O, başqa sənəti seçdi. Təhsil almağı, oxumağı sevir. O, Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin magistr pilləsini bitirib. Moskvada universitet oxuyub. Əkbər rus dilində təhsil alıb. Öz ixtisası üzrə çalışır. Oğullarıma söyləmişəm ki, burada ayıb heç nə yoxdur. Mən də Azərbaycanın, xalqın qızıyam, ağız açım sizə kömək etsinlər. Heç zaman icazə verməyiblər. İkisi də yüksək təhsil aldılar, oxudular, özlərinə iş tapdılar. Ailələrinə baxırlar. Oğlum Əkbərin heç kimə ehtiyacı yoxdur. Yeri gəlsə, anasını da saxlayar, amma…”.Axsam.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …