Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Oğlu general olan nazir prezidentə təşəkkür etdi

Oğlu general olan nazir prezidentə təşəkkür etdi

“Bütün şəxsi heyətimiz öz xalqına, vətəninə, ümummilli lider Heydər Əliyevin müqəddəs ideallarına, Prezident İlham Əliyevin göstəriş və əmrlərinə, mövcud qanunlarımıza yüksək sədaqət nümunəsi göstərir və bunu fəaliyyətinin əsas prioriteti sayır”.

Bunu Azərbaycanın daxili işlər naziri Ramil Usubov “Azərbaycan” qəzetinə müsahibəsində deyib. Nazir vurğulayıb ki, ümumilkdə, müstəqillik illərində qanunla müəyyən edilmiş vəzifələrin icrasında fərqləndiklərinə və xüsusi xidmətlərinə görə, daxili işlər orqanlarının 1272 əməkdaşı və hərbi qulluqçusu dövlət mükafatlarına layiq görülüb:

“Bu peşə bayramı ərəfəsində də möhtərəm Prezidentin sərəncamları ilə 35 əməkdaş “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib, rəhbər vəzifəli 4 şəxsə ali xüsusi rütbə verilib.

Bizi xidməti vəzifələrin icrasına daha məsul yanaşmağa və daha yaxşı işləməyə sövq edən bu mükafatları bütün şəxsi heyətin əməyinə verilən ali dəyər kimi qəbul edir və daxili işlər orqanlarının çoxminli kollektivi adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm.

Cənab Prezidenti və xalqımızı əmin edirəm ki, ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunması, bu sahədə müsbət dinamikanın qorunub saxlanılması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və qarşıya qoyulmuş digər mühüm tapşırıqlar tam həcmdə, keyfiyyətlə və vaxtında yerinə yetirləcək, davamlı inkişaf və təkmilləşmə gələcək fəaliyyətimizin başlıca istiqamətləri olaraq ardıcıllıqla həyata keçiriləcəkdir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısının sərəncamı ilə Daxili işlər naziri general-polkovnik Ramil Usubovun oğlu polis polkovniki Emil Usubova general-mayor rütbəsi verilib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın