Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / “O, tənqidlərə cavab verməyəcək” – Aktrisa efirdə təpik atmışdı – FOTO

“O, tənqidlərə cavab verməyəcək” – Aktrisa efirdə təpik atmışdı – FOTO

Əməkdar artist Mehriban Xanlarova yenə hərəkətləri ilə diqqət çəkməyi bacarıb.

Musavat.com xəbər verir ki, onun aparıcısı olduğu, ARB-də yayımlanan “Canım sizə desin” adlı proqramının “Azəri Vandam” kimi tanınan sosial şəbəkə fenomeni olub. Əməkdar artistin onunla etdiyi rəqs və göstərdiyi şou müzakirələrə səbəb olub. Belə ki, aktrisa efirdə təpik atıb. Onun bu addımı  birmənalı qarşılanmayıb və tənqid edilib.

Musavat.com məsələ ilə aktrisa ilə əlaqə saxlayıb. Onun telefonuna cavab verən köməkçisi əməkdar artistin yaşananlara münasibət bildirməyəcəyini deyib: “Hər kəs bu məsələyə görə zəng edir. Mehriban xanım heç kimə cavab verməyəcək. O ancaq bir sayta danışır. Hazırda isə çəkilişdədir. Telefonu məndədir. Bu haqda danışmayacaq”.

Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov da musavat.com-a açıqlamasında proqramda qanun pozuntusu olmadığını bildirib: “Biz daim monitorinqlər aparırıq. Qanun pozuntusu olan zaman dərhal müdaxilə edirik. Burada xüsusi qanun pozuntusu yoxdur. Şou göstərməyə çalışıblar. Hər şey nəzarətimiz altındadır”.

 

44199770_2126323287420400_2592718125615022080_n.jpg (42 KB)

Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …