Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / “O səs Türkiyə”də azərbaycanlılara qadağa qoyulub?

“O səs Türkiyə”də azərbaycanlılara qadağa qoyulub?

Türkiyənin məşhur yarışması “O səs Türkiyə”yə oktyabrın 6-dan start verilib. Artıq 6 proqram yayımlansa da, azərbaycanlıların müsabiqədə iştirak etməməsi diqqət çəkib.

Belə ki, hər mövsüm azərbaycanlıların axın etməsi ilə diqqət çəkən proqramda həmvətənlərimizin olmaması proqramda qadağa olduğu iddiaların yaranmasına səbəb olub. Çünki adətən hər proqramda azı 2 həmyerlimizin  çıxış etməsinə adət etdiyimiz halda bu dəfə iştirakçılar arasında azərbaycanlıların olmaması ötən il yaşanmış qalmaqalı xatırladıb.

Ötən il nələr baş vermişdi?

Azərbaycanlılarla müsabiqənin yaradıcı heyəti arasında qalmaqal yaşanmışdı. Belə ki, iştirakçılar Zülfü Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev, Gülşən İbadova onları sıxışdırdıqlarını demişdilər. Onlar bildirmişdi ki, müsabiqədən uzaqlaşdırılmaqlarını onlara qarşı yaradılan kampaniyadan irəli gəldiyini bildirmişdilər.

Daha sonra Acun İlıcalının köməkçisi Nazlı Sütçü bildirmişdi ki, Azərbaycanlılara qarşı kampaniya aparılması iddiaları yalandır: “Azərbaycanlı iştirakçılar Gökhan və Hakanın komandasında idi. Münsiflərin öz istəyi ilə yarışacaq iştirakçılar qruplaşdırılır. Jürilər opera janrında ifa edən iştirakçıları bir qrupa, türkü oxuyanları başqa qrupa, əcnəbi dildə oxuyan iştirakçıları isə üçüncü qrupa salıblar. Təsadüfən onlar eyni qrupa düşdülər. Azərbaycanlılar isə özümüzük, sizlərlə özümüz arasında fərq qoymuruq. Biz sizə əcnəbi kimi baxmırıq”.

Sonrakı mövsümdə də azərbaycanlılar müsabiqədə iştirak etsə də, onların sayı əvvəlkilərdən daha az olub.

Qeyd edək ki, Hadisənin, Murat Bozun, Seda Sayanın və Beyazit Öztürkün münsif qoltuğunda oturduğu müsabiqə şənbə-bazar günləri TV8-də yayımlanır. (Musavat.com)

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …