Çərşənbə , İyul 6 2022
Ana səhifə / Şou Biznes / “O qızı alan oğlan da elə o ağıldadır” – Oqtay Əliyev

“O qızı alan oğlan da elə o ağıldadır” – Oqtay Əliyev

“O qızı alan oğlan da elə o ağıldadır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Soy” prodakşnın rəhbəri, tanınmış rejissor Oqtay Əliyev deyib.

Qeyd edək ki, ötən gün Sabirabad rayonunun Qəzli kəndində 17 yaşı tamam olmayan yeniyetmə qızın ərə verilməsi ilə bağlı məlumat yayılıb. Qızın ailəsi nişan adı ilə toy etmək istəyib. Dərhal müdaxilə olunub, toyun keçirilməsinin qarşısı alınıb.

Oqtay Əliyev baş verənləri savadsızlıqla əlaqələndirib:

“O qızı alan oğlan da elə o ağıldadır. Oğlan qızın valideyni ilə elə eyni düşüncədədir. Onlar öz uşaqlarına da bunu edəcəklər. Bunlarda təkamül olmur. Beyinləri necədirsə, elə də inkişaf edir. Artım yoxdur. Nəsillikcə eynidir. Özü elədirsə, ondan olan da elə olacaq”.

O.Əliyev qeyd edib ki, bəzi valideynlər qızlarına satılıq mal kimi baxır:

“Hamısı savadsızlıqdan irəli gəlir. Təhsil o demək deyil ki, gedib universitetə girsin. Təhsil odur ki, ən azı müəyyən dünyagörüşü olsun.

Onlar fikirləşir ki, kredit götürmüşəm, qızımı verim, verilən başlıq puluyla krediti bağlayım. Onlar öz övladına satılıq mal, oğlanlarına isə işlək traktor kimi baxırlar. Neçə oğlu varsa, düşünür ki, daha çox əkib-becərəcək. Bunun hamısı savadsızlıqdan irəli gəlir. Onlar mütaliə etmirlər. Kütdürlər. Ən azı orta məktəbi oxumalıdırlar”.

Həmçinin oxuyun

Aysun İsmayılovanın toyuna 200-500 AZN PUL YAZDIRAN MƏŞHURLAR – ŞOK VİDEO

Müğənni Rəqsanə İsmayılovanın müğənni qızı Aysunun toyunun əks-sədası bitmək bilmir.  Manset.az xəbər verir ki, məclis bu …