Ana səhifə / Şou Biznes / “O, Məşədi İbadın hambalı kimi 1 abbasılıq aktyordur“ – Azər Axşam

“O, Məşədi İbadın hambalı kimi 1 abbasılıq aktyordur“ – Azər Axşam

Seriala çəkilmək üçün təklif edilən qonorardan son giley aktrisa Telli Hüseynovadan gəlib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan aktyor, şoumen Azər Axşam da təklif olunan əlmuzdunun çəkilən zəhmətə dəymədiyindən şikayətçidir:

“Telli xanım gündəlik seriallardan danışır. Gündəlik serial başqa, həftədə bir dəfə çəkilən serial başqadır. Onlarda yəqin gündəlik – həftəiçi beş gün çəkilən seriallardan söhbət gedir. 

Əslində, təklif olunan qonorar çox azdır. Aktyor üçün 30 manat nədir ki?! 30 manat məvacib qəpik-quruşdur. Üstəlik aktyora heç geyim də verilmir. Yəni həm qəpik-quruşa işləyirsən, həm də öz puluna aldığın paltarı zay edirsən”.

Azər Axşam yerli teleserialların keyfiyyətinin aşağı olmasını da maddiyyatla əlaqələndirib:

“Hər şey gəlib pula dirənir. Pul olmalıdır ki, iş keyfiyyətli görülsün, aktyor yüksək maaş alsın və əvəzində işinə can qoysun. 

Bəzən tamaşaçı deyir ki, niyə bizim seriallarımız türk serialları kimi deyil? Söhbət drammatik janrdan gedir, bu gün Azərbaycanda komediya janrında vəziyyət pis deyil, tamaşaçını maraqlandıra, onu güldürə bilirlər, amma drammatik seriallarda vəziyyət doğurdan da acınacaqlıdır. Bu da gəlib maliyəyə dirənir. 

Rejissor Azər Axşamı serial çəkmək istəyir, amma çağıra bilmir və daha aşağı qiymətə aktyor tapır. Aktyor var ki, çox peşəkardır, amma 30 manatla kifayətlənməli olur. Bu o demək deyil ki, o, Məşədi İbadın hambalı kimi 1 abbasılıq aktyordur. Başqa nə etmək olar, ehtiyac qul edir qəhrəmanı da…”

Həmçinin oxuyun

Şəbnəm Tovuzlu 19 il sonra gəlinlik geyindi – VİDEO

Müğənni Şəbnəm Tovuzlu efirə gəlinliklə çıxıb. İfaçı “Tarixin bir günü” verilişinə bu formada qatılıb. O, …