Ana səhifə / Şou Biznes / “O çuvalı Rəsulzadənin başından çıxarın” – Sabir Rüstəmxanlı

“O çuvalı Rəsulzadənin başından çıxarın” – Sabir Rüstəmxanlı

“Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Rəsulzadəni düşmən elan edibsə, desin, biz də bilək. Düşmən elan etməyibsə, gedib o çuvalı tarixi şəxsiyyətin başından çıxarsın”.
Azinforum.az xəbər verir ki, bunu millət vəkili Sabir Rüstəmxanlı bu gün parlamentin plenar iclasında çıxışında deyib. Onun sözlərinə görə, 4 ildir ki, Gəncədə Azərbaycan Demokratik Respublikasının qurucusu M. Ə. Rəsulzadənin büstü çuvala keçirilib və çıxarılmır: “Nədən icra başçıları zərrə qədər özlərində məsuliyyət hiss etmirlər. Gəncədə onun əzəmətli bir heykəli olmalıdır. Ancaq biz bunun əksinin şahidi oluruq. Bir büstü var və onun da başına çuval keçirmək düşmənçilikdir. Bu isə ABŞ-ın İraqda türk əsgərinin başına çuval keçirməsini xatırladır. Dolayısı ilə millətimizə həqarət edən bir məsələdir. Bu, bizim tariximizə, burada oturan hər bir şəxsə hörmətsizlikdir. Ayıbdır. Bu, millətimizin tarixinə və müstəqilliyinin başına çuval keçirməkdir”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın