Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Şou Biznes / Nüsrət Kəsəmənlinin oğlu: “Üzrxahlıq heç nəyi həll etmir”

Nüsrət Kəsəmənlinin oğlu: “Üzrxahlıq heç nəyi həll etmir”

“Üzr istəmək heç nəyi həll etmir. Günhakar, bu işin əsas səbəbkarı kimdirsə, o, üzə çıxmalıdır. Bunu da aidiyyəti orqanlar müəyyənləşdirəcək. Məhkəmə olandan sonra nəticə bilinəcək və bu barədə media nümayəndələrinə məlumat veriləcək”.

Bunu Moderator.az-a açıqlamasında Rəşad Kəsəmənli atası mərhum şair Nüsrət Kəsəmənlinin, eləcə də bir neçə şairin şeirlərini öz adına çıxmaqda ittiham edilən Pünhanə Əliyeva haqqında danışarkən deyib.

R.Kəsəmənli P.Əliyevanın kitabın redaktoru Nəcibə İlkin barəsində ittihamlarına da aydınlıq gətirib: “Redaktorun günahkar olduğunu deyə bilmərəm, şər atmış olaram. Sübut yoxdursa, əminlik yoxdursa iddia irəli yürüdüb kimisə günahkar çıxarmaq şər atmağa bərabərdir”.

Qeyd edək ki, Pünhanə Əliyeva adlı bir şairə Azərbaycanın görkəmli şairləri Məmməd Araz və Nüsrət Kəsəmənlinin, həmçinin bir neçə gənc şairin şeirlərini öz adına çıxaraq kitab halına salmışdı. P.Əliyeva isə həmin şeirləri kitaba redaktor Nəcibə İlkin tərəfindən daxil edildiyini bildirərək şairlərin ruhundan və onların yaxınlarından üzr istəmişdi.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın