Cümə , Fevral 3 2023
Ana səhifə / Şou Biznes / Nüşabə: “Kişi müğənni mənə deyir ki, bu məmur səninlə…”

Nüşabə: “Kişi müğənni mənə deyir ki, bu məmur səninlə…”

Müğənni Nüşabə Musayeva aparıcı Tarix Əliyevə (Tolik) müsahibəsində şok iddialar irəli sürüb. 

İfaçı bunları söyləyib:

“Əxlaqdan danışanların kralıdır və kişidir. Xanım müğənnilər də var. Müəyyən titullar alıblar. Mənə zəng edib, deyiblər ki, filan məmur səninlə tanış olmaq, birgə nahar etmək istəyir. Mən də qəbul etməmişəm. 2 gün sonra həmin adamlar guya məni tanımırlarmış kimi davranıblar. Məsələn, rəqs etdiyim videoya onlardan biri yazmışdı ki, bunu sil. Dedim niyə? Sənin 2 gün əvvəl mənə satılan qadın təklifindən pismi hərəkətdir?

Sonra düşmən olduq. Mən sözü sərt deyən insanam. Hamıyı tanıyırlar. Kimsə deyə bilməz ki, Nüşabə kiminsə həyatında satılan olub. Söyləyərlər ki, münasibəti var. Lakin satılıq idi deyə bilməzlər. Onların gəldikləri məkandan suları qurumayıb. Mənim rəqsimə “Booy” deyir. Sən birinci özünə bax, sonra mənə əxlaqdan dərs keç”.

N.Musayeva həmkarı Rəqsanə İsmayılovanın Moskvaya üz tutan müğənnilər haqqında dediklərinə də münasibət bildirib:

“Rəqsanə düz danışıb. O hörmətlə yanaşıb ad çəkməyib. Mən olsam, həmin şəxsin adını da söyləyərdim. Rəqsanə niyə paxıllıq etsin?! Onun toydan qazandığı pulu hansı müğənni qazana bilir? Hətta o özü müğənnilərə dəstək göstərib. Məni də neçə dəfə dəvət edib. Deyir, “gəl, oxu, çıx get”. Ailəliyəm deyib, gizli-gizli iş görürlər axı. Rəqsanə bunu demək istəyirdi. Yoxsa ona irad bildirdilər ki, sənin keçmişin belədir. Guya kimin keçmişi normaldır?” Sherg.az

Həmçinin oxuyun

Nazpəri Dostəliyeva bacısından danışdı: “Yaşayacağına zəmanət vermirlər”

Bir neçə gündür xəstəxanaya yerləşdirilən Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevanın vəziyyəti ağırlaşıb. …