Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Şou Biznes / Nüşabə Ələsgərli: “O qızın başı çatmır, uşaqlar “mələyirdilər””

Nüşabə Ələsgərli: “O qızın başı çatmır, uşaqlar “mələyirdilər””

Əməkdar artist Nüşabə Ələsgərli “Səni axtarıram” verilişində onu məhkəmə ilə hədələyən Günel adlı qadınla qalmaqal yaşamasına münasibət bildirib.

Nüşabə Ələsgərli məhkəmə prosesinin olmadığını bildirib:

“Axırı yaxşı oldu, artıq həbsdəyəm (gülür). Onun özünü məhkəməyə verən lazımdır. Dörd uşağını uşaq evinə atır. O qızın başı çatmır. Nüşabə onunla necə danışsın? Dörd uşağını atan qadınla Nüşabə necə danışmalıdır? O dörd uşağın necə ağladığını Nüşabə görmüşdü. O deməklə deyil ki… Demək ayrı, məhkəməyə vermək ayrı. Özü üçün deyir də.

O məni məhkəməyə versə, mən də qarşılığında onu uşaqların müdafiəçisi kimi məhkəməyə verəcəm. Psixoloji problemi var. Mənim o qızla işim yoxdur, mənim dediyim odur ki, şüuru özünü idarə edə bilməyənlər bu qədər övlad dünyaya gətirib, törəməsinlər. Sonra da baxa bilməyib övladlarını atırlar. Qapının qabağında dörd uşaq “mələyirdi”. Mənim uşaqlara yazığım gəlir. Mənim nəyimə lazımdır, çöldə-bayırda nə iş görür. Mən, onsuz da, nə demişəmsə, uşaqlara görə demişəm”.

Qeyd edək ki, bir neçə gün öncə dörd uşaq anası olan Günel adlı qadınla Nüşabə Ələsgərli arasında mübahisə yaranıb. Günel şərəf və Əməkdar artisti ləyaqətini alçaltdığı üçün məhkəməyə verəcəyini bildirib.

Oxu.az

Həmçinin oxuyun

Röya bunun üçün 3500 dollar ödəyib?

Xalq artisti Röya Ayxanın “Tövbə” mahnısına görə MESAM-a (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliği) 3500 …